DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək oyun üçün Bakıya səfər edən Serbiya yığmasını sözügedən ölkənin zəif inkişaf etmiş bələdiyyələrə məsul portfeli olmayan naziri Novitsa Tonçev də müşayiət edib.
araz.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşımında məlumat verib.
Milli üzvləri ilə fotosunu paylaşan Tonçevin yığmaya azarkeşlik üçün səfərə getməsi ölkəsində etirazlarla qarşılanıb. Adı müxtəlif rüşvət qalmaqallarında hallanan siyasətçi ölkə vətəndaşları tərəfindən kifayət qədər tənqid mesajları alıb.
Onun öz sahəsinə aid işləri görməyərək Bakıya səfər etməsi də Serbiya mətbuatında müzakirə mövzusu olub.\qafqazinfo/
araz.az xəbər portalı.