“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası başa çatıb. Bu barədə “Nar”dan araz.az-a daxil olan məlumatda bildirilir ki, böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yeri tutub. İkinci və üçüncü yerlərin sahibləri isə, müvafiq olaraq, İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olublar. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan, ümumilikdə, 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyıb. Seriya lichess.org şahmat platforması üzərindən keçirilib.
Onu da qeyd edək ki, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildən fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
***
Завершилась шахматная онлайн-серия «Karabakh is Azerbaijan» проводимая при поддержке “Nar”
Завершилась шахматная онлайн-серия «Karabakh is Azerbaijan», которую проводил chess.az при поддержке “Nar”. В борьбе между 10 шахматистами прошедшими в большой финал, Эльнур Мехтиев занял первое место. Второе и третье место соответственно, заняли Исмаил Гурбанов и Шахрияр Рахманов. Первые три шахматиста были награждены компанией “Nar” специальными призами.
Всего в двухмесячной серии приняли участие 264 шахматиста из Азербайджана, Турции, России, Украины и Индии. В серии из 8 турниров и большого финала, каждый турнир был назван в честь региона, освобожденного от оккупации во время Великой Отечественной войны. Серия проходила на шахматной платформе lichess.org.
Компания “Azerfon” (торговая марка “Nar”), начавшая свою деятельность 21 марта 2007 года, в течение короткого времени превратилась в одну из ведущих компаний на азербайджанском рынке телекоммуникаций и мобильной связи. “Nar” стал первым оператором в стране, представившим технологию 3G, а также широкий охват сети четвертого поколения (4G). Сегодня, “Nar” предоставляет более 2,3 миллионам своих абонентов услуги высокого качества, благодаря обширной сети, состоящей из более 8700 базовых станций.
***
‘Karabakh is Azerbaijan’ online chess series supported by “Nar” ends
The ‘Karabakh is Azerbaijan’ online chess series organized by chess.az with the support of “Nar” has ended. Elnur Mehdiyev became the winner of the grand final of the competition, which was held among top 10 players. Ismayil Gurbanov and Shahriyar Rahmanov took the second and third places, respectively. “Nar” awarded the first three chess players special prizes.
A total of 264 chess players from Azerbaijan, Turkey, Russia, Ukraine and India took part in the two-month series. Consisted of eight tournaments and grand final, each tournament of the series is named after the regions liberated as a result of the Great Patriotic War. The series was held on the chess platform lichess.org.
“Azerfon” LLC (“Nar” trademark) started its operations on March 21, 2007, and within a short period of time became one of the leading companies of the telecommunications and mobile communication industry of Azerbaijan. Being the first operator in the country to introduce the 3G technology, “Nar” provides the customers with a wide 4G network coverage. With a large network of over 8700 base stations, “Nar” provides more than 2.3 million subscribers with the highest quality services.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.