Altıağac Milli Parkında külli miqdarda qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb.
araz.az-ın məlumatına görə, Xızı rayon Polis Şöbəsinə Altıağac Milli Parkında ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında araşdırmalar başlanıb və fakt təsdiqini tapıb.
Şöbədən bildiriblər ki, fakta görə Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı zamanı Milli Parkın direktoru Elbrus Əliyev və onun müavini Ədalət Ələkbərovun korrupsiya faktları da ortaya çıxıb. Məlum olub ki, qanunsuz ağac kəsmə faktlarına görə park rəhbərliyi müəyyən şəxslərdən rüşvət tələb edib. Milli park rəhbərliyinin korrupsiya faktları cinayət işinin araşdırılması zamanı təsdiqini tapıb.
Hazırda cinayət işi icraata verilib. İş yaxın vaxtlarda Xızı rayon prokurorluğuna göndəriləcək.\pravda.az/
araz.az xəbər portalı.