Sosial şəbəkələrdə koronavirus infeksiyasına qarşı istifadə olunan qoruyucu tibbi maskada “kiçik qurdların olması” iddiası insanlar arasında birmənalı qarşılanmayıb.
araz.az Mia.az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimovanın fikirlərini öyrənib.
İnfeksionist qeyd edib ki, apteklərdən alınan tibbi maskalarda qurdun olması mümkün deyil:
“Onlar quru və təmiz halda olur. İstifadə etdikdən təxminən ən tezi 2 saat sonra
yararsız hala düşdüyündən yenisi ilə əvəzlənməlidir. Nəmlənəndə qoruyuculuğu itdiyindən maskanı tullamaq lazımdır. Qurdun maskada inkişaf etməsi üçün əlverişli şərait olmalıdır. Bu da təbii ki, həmin maskalarda yoxdur”.
L.Qalimova eyni zamanda vurğulayıb ki, bu gün bütün dünyada ən çox tək istifadəlik qoruyucu maskadan istifadə olunur:
“Maska saatından asılı olmayaraq içəri tərəfdən nəmlənirsə mütləq atılmalıdır. Bəzən elə insanlar olur ki, eyni maskanı uzun müddət istifadə edir və bu qəti düzgün deyil. Nəmli və çirkli maskalar qoruyucu olmur və təhlükəlidir”.
araz.az
araz.az xəbər portalı.