Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin, 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı önəmli yazısı Moldovanın nüfuzlu informasiya agentliyinin tribuna.md xəbər portalında dərc olunub. araz.az xəbər verir ki, müəllif məqaləsini Azərbaycanlıların Soyqırımının 103-cü ildönümünə həsr edib. O, həmin məqaləsində ilk olaraq, 1918-ci ildə nə üçün erməni-bolşevik silahlı birləşmələri tərəfindən 50 min azərbaycanlının öldürülməsi sualını qoyub. Daha sonra isə, hadisələri tarixi aspektdən təhlil edərək, soyqırımı haqqında çoxşaxəli yanaşma təqdim edib. Deputat, həmçinin soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı da xatırladıb. Qeyd edib ki, bu Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Məhz buna görə də, hər yerdə hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Müəllif tərəfindən, son olaraq qeyd edilib ki, həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilib. Fərmana əsasən, 31 Mart — Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib.
Qeyd edək ki, Vitse-spikerin məqaləsi rus və rumın dillərində də dərc edilib. Məqalənin Moldova mətbuatındakı linkinə keçid belədir:
https://tribuna.md/ru/2021/03/31/ru-31-%d0%bc%d0%b0%d1%80%d1%82%d0%b0-
%d0%b4%d0%b5%d0%bd%d1%8c-%d0%b3%d0%b5%d0%bd%d0%be%d1%86%
d0%b8%d0%b4%d0%b0-%d0%b0%d0%b7%d0%b5%d1%80%d0%b1
%d0%b0%d0%b9%d0%b4%d0%b6%d0%
b0%d0%bd%d1%86%d0%b5%d0%b2-2
araz.az xəbər portalı.
araz.az xəbər portalı.