usaqll.jpg

Azərbaycanda ötən il 877 uşaq övladlığa götürülüb. Bu rəqəm 2016-cı illə müqayisədə 13,5 faiz çoxdur. Əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 15,9 faiz artaraq 466, qızların sayı isə 10,8 faiz artaraq 411 nəfər olub.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-cildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqlarda 19,7, 3-5 yaşlı uşaqlarda 7,5, 6-10 yaşlı uşaqlarda 9,9, 11-17 yaşlı uşaqlarda isə 7,3 faiz artım qeydə alınıb. Həmin yaş qruplarından müvafiq olaraq 420, 172, 167, 118 uşaq övladlığa götürülüb.

Ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 28 uşaq övladlığa götürülüb ki, onların da 12-si qızdır.

Bundan əlavə, 2017-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən övladlığa götürülməsi barədə ləğv edilmiş qərarların sayı əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 58-ə bərabər olub.

araz.az xəbər portalı.