secki124

Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən formalaşdırılması məsələsinə baxılmasının vaxtı gecikir. Hələ də dəqiq tarix məlum deyil.

Bu barədə Pravda.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli məlumat verib.

Deputat məsələ ilə bağlı parlamentə rəsmi məlumatın daxil olmadığını bildirib: “Hesab edirəm ki, bu məsələyə baxılmasının vaxtıdır”.

Tahir Kərimli boş qalan beş seçki dairəsi üzrə seçkilərin keçirilməsi ilə bağlı da məlumat verib: “Qanunvericiliyə əsasən, yeni seçkilərə yalnız dörd ay müddət qaldığı halda seçkilər keçirilməyə bilər. Yəni digər bütün hallarda seçkilərin keçirilməsi vacibdir. Yəqin ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncam imzalayacaq. Çünki bu, birbaşa Prezident İlham Əliyevin səlahiyyətindədir”.

Qeyd: Azərbaycanda beş seçki dairəsi üzrə seçkilərin iyun ayında keçiriləcəyi bildirilir. Amma məsələ ilə bağlı rəsmi məlumat yoxdur.

 

 

araz.az

araz.az xəbər portalı.