Bütöv Azərbaycanm əzəli torpaqları olan Qərbi Azərbaycanın (indiki Ermənistanın) ən başıbəlalı bölgələrindən biri də Loru və Pəmbək mahallarnı əhatə edən Loru- Pəmbək bölgəsidir.Tarixi Loru mahalı qədim Borçalı diyarının cənubunda yerləşərək onun dağlıq hissəsini əhatə edir.
Bu səbəbdən ona “Dağ Borçalısı” da deyirlər. Ümumiyyətlə, Borçalı haqqında qədim mənbələrdə maraqlı məlumatlar var.
Tarixçilər etiraf edir ki, Strabonun Qoqarena, Quqarena adlandırdığı ərazi Borçalı qəzasmm cənub sahəsini də əha- tə edirdi və Loru-Pəmbək mahalları da həmin əraziyə daxil idi.
Qoqarena//Quqarena etnotoponiminin er əv. təx- minən 2000-ci ildə indiki Qərbi Azərbaycan ərazisində məskunlaşmış Gögər//Qoqar//Quqar türklərinin admı da- şıması faktı da göz qabağmdadır.
Bu yerlərin qədim sakinlərinin türklər olması ilə mə- sələ bitmir, sonralar da bu yerlərə yeni-yeni türk boyları axışıb gəlmişlər. Məsələn, türk alimi Kırzıoğlu Qarpapaq türklərindən danışarkən yazır ki, “Borçalı və Qazax adlı iki qola ayrılan bu xalq Qıpçaq uruğundan sayılır, …bu iki igid atlı-köçəri qəbilələrin Borçalı-Qazax çayları boyunda 2-ci yüzilin sonlarmda yerləşdikləri və 1064-cü ildə Səlcuq sultanı Alp Arslanm qarşısmda elliklə islam dinini qəbul etdikləri, Türküstandakı qaraqalpaq-qazax ləhcəsində qonuşduqları son dərəcə mühümdür.”
Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olmasıdır. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağı- dılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV- XVIII yüzillərdə İran və Osmanlı qoşunlarmm dağıdıcı hücumlarma məruz qalmışdır.
Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yü- zilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində ol- muş, lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxdığı üçün Nadir şah da şah seçiləndən sonra Borçalı və Qazax mahallarnı Gəncə bəylərbəyliyindən alıb, Kartli-Kaxeti çarlığının tabeliyinə vermişdir.
İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır.Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı ilhaq etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır.
1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min nəfər türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışdır.
Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışlar. Onların geri qaytarılması üçün knyaz Sisianov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdir.
Bölgəyə ermənilərin köçürülməsi də, təəssüf ki, hə- min illərə təsadüf edir. Belə ki, 1804-cü ilin yazında İrəvan xanlığının ərazisindən 2 min erməni qaçaraq rusların himayəsinə keçmiş və onlar Loru-Pəmbək bölgəsində məskunlaşdırılmışlar.
Həmin il rus qoşunları Şörəyelə də daxil olmuş, 1805-ci il oktyabrın 20-də Şörəyel sultanı Budaqla knyaz Sisianov Gəncədə Şörəyelin əbədi olaraq Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzalamışlar.
Sonralar Loru mahalı Tiflis quberniyasmm Borçalı qəzasmm dörd (Loru, Borçalı, Trialet, Yekaterinenfeld) nahiyəsindən biri və ən böyüyü kimi mövcud olmuş, bölgənin sovetləşməsindən sonra isə Moskvanm Azərbaycan xalqma düşmən münasibətinin növbəti təzahürü olaraq qədim Azərbaycan torpaqlarmda yaradılmış Ermənistan SSR-ə hədiyyə edilmişdir.
Belə ki, 1921-ci il noyabrm 6-da Gürcüstan İnqilab Komitəsinin sədri Budu Mdivani və Er- mənistan Xalq Komissarları Şurasmm sədri, Xalq Hərbi İşlər Komissarı Aleksandr Myasnikovun (Myasnikyan) imzaladıqları bəyannamədə Gürcüstanla Ermənistanm dövlət sərhədləri müəyyənləşdirilmiş, bu sənədə əsasən Borçalmm Loru nahiyəsi Ermənistan SSR-in tərkibinə qatılmışdır.
Pəmbək mahalı da, Loru mahalı qədər qədim tarixə malik bölgələrimizdəndir. Strabonun dediyi Qoqarena əyalətinə Loru mahalı ilə bərabər Pəmbək mahalı da daxil idi. Pəmbək etnotoponiminin “uca bəylər” (“ pan bək” şəklində) anlamma gələn etimoloji izahı bizə Dədə Qorqud boylarmdakı Oğuz babalarımızı xatırladır.
Loru mahalı sovet dövründə dörd rayon arasmda bö- lüşdürülmüşdür: Allahverdi (sonralar Tumanyan), Calaloğlu (sonralar Stepanavan), Barana (sonralar Noyemberyan) və Vorontsovka (sonralar Kalinino və ən sonda – Taşir).
Qazaxdan Böyük Qarakilsəyə, Gümrüyə gedən yol Di- lican dərəsi ilə qalxaraq Ağstafa çayının sahili boyunca uzanır, Dilican şəhərindən sonra isə ayrılaraq dərə boyuola burulur. Bu dərə Pəmbək dərəsi adlanır.
Pəmbək dərəsi boyunca yerləşən ərazilər Pəmbək mahalı adlanır. Bu mahal sovet dövründə iki rayon arasmda bölüşdürülmüş- dür: Böyük Qarakilsə (sonralar Kirovakan və Quqark) və Hamamlı (sonralar Spitak) rayonları.
İstər dağlardan şütüyərək üzü Kürə doğru tələsən Tə- vətey (Debed) çayının (qədim adı: Tona çayı) vadisi boyu uzanıb gedən yamyaşıl, bağ-bağatlı vadidə salmmış Loru kəndləri, istər əzəmətli Ləlvər, Babakər, Bozabdal, Pəm- bək dağları, füsunkar Pəmbək dərəsi, bərəkətli Cadırğan düzü, zümrüd Muşul meşələri, səfalı Soyuqbulaq yaylağı və s. və i. a. ilə bu yerlər babalarımızm ən səfalı yurdlarmdan olmuşdur. Bundan əlavə, bu yerlər öz gözəlliyi ilə düşmənlərin gözünə də ox kimi batmışdır.
Belə ki, vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımmda dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanm Kaliforniyası adlandırmış və dərindən köks ötürərək “ancaq heyf ki, bu torpaqlarda türklər yaşayırlar” demişdi.
Təəssüf ki, “insanlığm düşməni” olan erməni-haylar öz murdar istəklərinə axır ki, nail oldular və 1988-ci ildə xarici havadarlarmm köməyi ilə bu tarixi türk torpaqlarından soydayşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş ermənilər yerləşdirildilər.
Loru-Pəmbək mahallarmm ərazisi tarixi Azərbaycan-türk torpaqları olduğu kimi, ən qədim zamanlardan üzü bəri bu yerlərdə Azərbaycan türklərinin etnogenezin- də iştirak edən müxtəlif azər-türk boyları yaşamış, burada özlərinin mədəniyyətini, ədəbiyyatmı, incəsənətini, folklorunu formalaşdırmış, yaşadaraq nəsillərdən-nəsillərə ötürmüşlər.
Bu mahalların sakinlərinin – hər bir ağsaqqalın, ağbirçəyin sinəsində neçə-neçə nağıl, əfsanə, dastan, nəğ- mə, bayatı, atalar sözü və məsəl, tapmaca və lətifə yurd salmışdır. Bunu bölgədəki hər bir kəndin timsalmda görmək mümkündür.
Loru-Pəmbək mahallarmm adamları, Qərbi Azərbaycanın başqa bölgələri kimi, söz qədri bilən, sözü yerin- də deyən, sözdən söz çıxaran, sözlə insanı ayıldan, tərbiyə etməyi bacaran insanlar olublar.
Bəzən isə onlar həm söz- dən qorxublar, həm də sözlə qorxudublar, hərdən sözə sığmıblar, sözə tapmıblar, sözdən eyməniblər, sözə inanıb- lar, «Sözümün qavağmnan söz demə», «Sözü cılız- daşdırma», «Sözü çeynəmə», «Sözüm sözdü», «Ağzmnan xeyirri söz çıxsın», «Nə qədər ki, söz mənim içimdədi, mən onun ağasıyam.
Ağzımdan çıxdı, oldum onun qulu», «Sözümün yiyəsiyəm»… deyə sözə də canlı varlıq, Tanrı qisməti, ilahi bir pay kimi baxıblar. Öz deyimləri ilə, sözün əsl mənasənda, sözdən qala qurublar. Elə ona görə də sözü dədə-baba əmanəti – torpaq kimi, övlad kim, ana, bala kimi sevə-sevə qoruyublar. Çox vaxt öz ləhcəsində danışmayan adamı lağa qoyublar, ona lateri deyiblər: «Bağa çanağmnan çıxıf, çanağmı bəyəmmer», «Kənddən çıxannan tatdaşıf», «Filankəs dilini dəyişif»…
Bu ellərdən tanmmış dilçi-alim Afat Qurbanov, görkəmli yazıçı Mövlud Süleymanlı, istedadlı alimlər İsmayıl Vəliyev, Şamil Vəliyev, tanmmış yazıçı-publisistlər Səfalı Nəzərli, Miraslan Bəkirli, Tahir Talıblı, istedadlı qələm sahibi Əhməd Oğuz, Mirzə Ənsərli və b. kimi onlarla, yüzkərlə söz adamlarmm çıxması da elə bununla bağlıdır.
Loru-Pəmbək bölgəsinin folklor örnəkləri də öz spesifikliyi, gözəlliyi və özəlliyi ilə seçilir. Hər bölgənin folk- loru kimi, bu bölgənin də folkloru orada yaşayan insanların etnik özünəmxsusluğunun, həyat və məişət tərzinin göstəricisi kimi meydana çıxıb.
Qərbi Azərbaycanm başqa bölgələri kimi, Loru-Pəmbək mahalı da son iki yüz ildə Rusiyanm Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrilmiş, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məc- buriyyətində qalmışdır.
Bu yolda saysız qurbanlar verildiyi kimi, bölgənin folklor qatmda da bu tale öz əksini tapmışdır. Bu baxımdan, “Erməni və şeytan” rəvayəti xüsusilə ibrətamizdir. Erməni əxlaqı, erməni xarakteri, erməni etibarsızlığı, yaramazlığı və s. ilə bağlı çoxlu deyim, məsəl, atalar sözü, rəvayət, əhvalat və s. də bura əlavə etmək olar.
Loru-Pəmbək bölgəsinin camaatı bütün məhrumiyyət və çətinliklərə baxmayaraq, öz nikbinliyini, həyatsevərliyini həmişə saxlamış, ən çətin məqamlarda da zarafat etməyi bacarmışlar. Bunu biz, ilk növbədə bu bölgənin folklor örnəklərində lətifə və məzəli əhvalatlarm çoxluğunda görürük. Atalar sözü, məsəl və deyimlərin çoxluğu isə bu camaatın müdrikliyinin, rəvayət və nağıllar isə mifik və tarixi yaddaşının qədimliyinin göstəricisi kimi təzahür edir.
Kitaba daxil edilmiş folklor örnəklərinin bir hissəsi bu bölgənin görkəmli ziyalıları olan Səfalı Nəzərli, Miraslan Bəkirli, Əhməd Hüseynov,Tahir Talıblı,Bilal Ənsər və b. tərəfindən vaxtilə yazıya almmış və çap olunmuşdur. Biz onlarm bu əməyini yüksək qiymətləndirir və kitaba daxil etdiyimiz mətnlərin hər birinin mənbəyini kitabm sonunda söyləyicilər haqqmda olan bölmədə göstərmişik.
Mənbə: AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI
XX kitab (LORU-PƏMBƏKFOLKLORU)
araz.az xəbər portalı.