15 min əvvəl buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsi Yerdə 18 metr qalxdı. Analoji ssenari təkrarlana bilər.
araz.az xəbər verir ki, bu iddia ilə Britaniyanın Darem Universitetinin alimləri çıxış ediblər. Alimlər 14600 il əvvəl dəniz səviyyəsinin hazırkı templərdən 10 dəfə sürətli qalxdığını və bunun nəticəsində 500 il ərzində böyük quru ərazilərinin su altında qaldığını bildiriblər.
Onlar Şimali Amerika və Avrasiyanın buzlaqlarının bir hissəsinin əriməsinin buna şərait yarada biləcəyini iddia ediblər.
Alimlərin fikrincə, bu miqdarda şirin suyun dənizlərə axması okeanlarda qlobal sirkulyasiyanı pozub.\kult.az/
araz.az xəbər portalı.