Keçmiş Qaz Emalı Zavodunun direktoru olmuş, qaz vurub qazan doldurduğu vaxt çapdığı pullarla nəhayətsiz varidata, hətta bir müddət deputat mandatına da yiyələnmiş, özünü xalqa “Xəcalət” yazıçısı kimi sırımış Hüseyinbala Mirələmov kimə də pis olsa, — adamın başının üstündə Allahı var — qohum-əqrəbasına yaxşı olub. Ən azından yaxşı dayı olduğunu demək olar.
Bu yazıda söhbət Hüseyinbala müəllimin bacısı oğlu, «Hirkan» Milli Parkının direktoru Aqil Sucayevdən gedəcək. O Aqil Sucayevdən ki, hazırki vəzifəsinə təyinat alanadək ilk əvvəl rayon Qaz İstismar İdarəsinin rəisi,sonra rayon mədəniyyət şöbəsinin müdiri, daha sonra regional mədəniyyət və turizm idarəsinin rəis müavini vəzifələrində çalışıb. Həmin vəzifələri daşımayıb, vəzifələr onu çiynində ağır yük kimi daşıyıb. Fikri-zikri vəzifələrindən irəli gələn öhdəlikləri yerinə yetirmək yox, nəyin-bahasına olur-olsun pul qazanmaq, şəxsi maraqlarını güdmək olub. Regional idarədə rəis müavini işlədiyi dövrdə işə davamiyyəti qeyri-kafi olduğundan, ünvanına xəbərdarlıq məktubu gəlib ki, belə getsə, işdən kənarlaşdırılacaq.
Rəhbər vəzifəyə təyin olunmasından 4 ay keçməsinə baxmayaraq Sucayev heç bir dəfə də olsun ərazini yoxlamayıb. Çünki sağlamlığında problem olduğundan (ürəyində stend daşıdığından), onun səhhəti 40358 hektar ərazisi olan meşəni gəzməyə imkan vermir. Bütün bu məlumatlar bu günlərdə redaksiyamıza müraciət etmiş bir qrub təbiət təəssübkeşinin yazdıqlarında yer almışdır.
Eləcə də bildirilir ki, fevral ayında baş verən yanğın nəticəsində 2 min hektar ərazi bütövlükdə yansa da, indiyədək səbəbi araşdırılmır, daha dəqiq desək, ört-basdır edilir.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/NRPICWPQNaw’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]Məlumatda həmçinin qeyd olunur: “Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib və son günlər 5-ə yaxın yük maşını içlik material müsadirə olunub, faktla bağlı araşdırma gedir. «Hirkan» Milli Parkında nizam-intizam çox aşağı səviyyədədir. İşçilər işə çıxmır. Rauf Əliyev adında işçi isə ümumiyyətlə heç vaxt işə gəlmir, müdir ondan qorxduğu üçün “gözün üstə qaşın var” deyə bilmir… Məhz Sucayevə əziyyət olmnasın, çox məsafə qət etməsin deyə idarənin Lənkəranda özəl iş adamının şəxsi binasına köçürülməsindən sonra müdir tərəfindən işçilərdən 30-35 manat pul yığılıb ki, idarənin icarə haqqı və kommunal xərcləri ödənilsin. Halbuki, idarənin Astarada yerləşən inzibati binasına Nazirlik tərəfindən bu təyinatlarla pul ayırılmışdı… «Xanbulan» gölünün ətrafında özbaşınalıq hökm sürür. Kustar qaydada çayxanalar açılıb və çoxlu sayda maşınlar göl ətrafına buraxılır. Pandemiya dövründə göldə anti-sanitariya baş alıb gedir. Əvvəllər çayçılar səyyar fəaliyyət göstərirdilərsə, indi özlərinə kustar üsulla çayxanalar qururlar. Həmin çayxanaların fəaliyyət göstərdiyi yerlərə nəzarət edən meşə nəzarətçiləri «Hirkan» Milli Parkının sahə müfəttişi Sahil Mikayılova aylıq haqq verirlər ki, o da öz növbəsində direktora çatdırır. «Xanbulan» gölündə həmçinin tilovla, torla, elektrik cərəyanı tətbiqi ilə kütləvi balıq ovu gedir. Bura polis də müdaxilə edə bilmir. Gölün qırağına düşməyə hər maşına görə 20-30 manat, piyada üçün də nisbətən az məbləğdə pul alınır…”
Redaksiyamıza verilmiş məlumatda vurğulanır ki, Aqil Sucayev dayısı Hüsüynbala Mirələmovun havadarlığı ilə kifayətlənməyib, dayaqlarını ikiqat artırmaq niyyəti ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun da himayəsinə sığınıb: “Hirkan» Milli Parkında baş verənlər, A.Sucayevin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə vətəndaşlar tərəfindən dəfələrlə Nazirliyə müraciətlər ünvanlansa da, ciddi nəticə olmayıb. Xatırlanan odur ki, yalnız bir dəfə «Haftuni» meşəsinin 22-ci dolayında yoxlama aparılıb və külli miqdar qırıntı aşkarlanıb. Lakin yenə də heç bir tədbir görülmədən iş bağlanıb.
Hələ bir neçə ay əvvəl eyni səpkili şikayətlər «Dəryaz»qəzetinin redaksiyasına sızanda məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyevlə görüşümüz olmuşdu. O vaxt Firudin Əliyev bildirmişdi ki, Aqil Sucayev hələ təzə təyin olunub, yəqin vaxt keçdikcə işin çəmini-təhərini öyrənib problemlərin həllinə nail olar. Lakin zaman göstərdi ki, get-gedə vəziyyət daha da pisləşir. Sucayev isə necə deyərlər, nə yardan doyur, nə də əldən qoyur. Havaların istiləşməyə doğru getdiyini, insanlarda meşə və göllərə yaxınlaşmaq meylinin güclənəcəyini nəzərə alsaq, təxmin edə bilərik ki, təbiətin bu əsrarəngiz parçasının qorunması ilə bağlı durum daha acınacaqlı olacaq. Çünki Sucayevin 3 xəstəliyi var – Ürəyi xəstədir, korrupsiya mərəzinə tutulub, sahənin bilicisi, peşəhkar olmamasına baxmayaraq layiq olmadığı vəzifənin düşkünüdür.
Hörmətli nazir Muxtar Babayevdən ricamız odur ki, Qaxda qanunsuz ov edən ərəb turistlərin “kitabını bağlayandan” sonra vaxt tapıb bu məqalədə qeyd olunan neqativ hallarla bağlı dürüst araşdırma aparılmasını istəyirsə, Hirkan Milli Parkını və onun direktoru – “milli ərəbimiz” Aqil Sucayevin işini yoxlamağa əvvəllər təşrif buyurmuş Hikmərt Əlizadəni, Hümmət Əliyevi deyil, bizim daha çox inandığımız ETSN məxfi şöbəsinin müdiri Elman Əliyevi ezam etsin.
Mövzuya qayıdacağıq.
Habil TAĞIYEV,
Deryaz.az
araz.az xəbər portalı.