erkan1“Hər sahədə olduğu kimi, biz minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik”.

araz.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib. 

Səfir qeyd edib ki, Ermənistanın mina xəritələrini bu günə qədər Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Bu xəritələrin ən qısa zamanda verilməsini tələb edirik. Digər tərəfdən, Türkiyə olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün də Azərbaycana dəstək veririk. Hazırda ərazidə türkiyəli mina təmizləyənlər də var. Onlar azərbaycanlı qardaşları ilə birlikdə həmin bölgələrin yaşayışa açılması üçün çalışırlar. Həm Türkiyədə, həm Azərbaycanda minatəmizləyənlərin yetişdirilməsi üçün də dəstək veririk”. \pravda.az/

araz.az xəbər portalı.