Abşeron rayonunda əhalinin ciddi narazılığına səbəb olan bir məsələ “Azərsu” ASC rəhbəri Qorxmaz Hüseynovun sonunu gətirə bilər.
Dosye.org-a rayon sakinlərindən daxil olan məlumata görə, Abşeron rayon Sukanal İdarəsinin yarıtmaz fəaliyyəti sözgedən rayonda ciddi etiraza səbəb olub. Yaxın günlərdə problem həll olunmayacaqsa məsələnin siyasiləşəcəyi də mümkün ehtimallar arasındadır. Belə ki, sakinlər seçki günü məntəqələrə getməməklə öz etirazlarını ifadə etməyi düşünür. Əslində problemin həlli o qədərdə müşkül məsələ deyil. Sadəcə vətəndaşlarla hakimiyyət arasında çaşqınlıq yaratmaqdır. Bəs problem nədir?
Problem ondadır ki, bir müddət öncə Abşeron rayon Saray və Ceyranbatan ərazisindən keçən kanala çirkab və konalizasiya suları axıdılırdı. Amma indi həmin kanalların yenidən qurulması nəticəsində rayonun çirkab suları öz mənsəbini itirmiş olub. İndi həmin sular kanallara axıdılmır, əvəzində isə ətrafa axıdılan çirkab sular dəhşətli antisanitar vəziyyət yaradıb.
Məsələylə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiklərini bildirən sakinlərin sözlərinə görə həmin qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqla məşğuldur: “Sukanal idarəsindən deyirlər ki, bu bizlik deyil, Melorasiya İdarəsinə gedin, ordan da başqa yerə göndərirlər. Heç bilmirik ki, dərdimizi kimə deyək? Odur ki, biz mətbuat vasitəsilə Qorxmaz Hüseynova səslənirik ki, ya problemimizi həll etsin, ya da ona sözün həqiqi mənasında sürpriz hazırlayacağıq”
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq
Dosye.org
araz.az xəbər portalı.