WhatsApp Image 2021 04 10 at 17.58.28

Xalq Hərəkatının məşhur simalarından biri kimi tarixə düşən Nəsir Ağayevin təklifi ilə yaradılan BDP-nin Təsis Qurultayında, ictimai-siyasi xadim və fəal diasporçu kimi ictimaiyyətin yaxşı tanıdığı Mirkazım Seyidov partiyanın ilk sədri seçilib

Xəbər portalı olaraq, araz.az, bir daha dəyərli oxucularının diqqətinə çatdırır ki, bir müddət öncə tanınmış siyasətçilər tərəfindən yaradılan Böyük Dayaq Partiyasının aprelin 9-da onlayn formada təsis qurultayı keçirilib. Paytaxt Bakıdakı elit-restoranlardan biri kimi tanıdığımız “HAS ‘ ly Bazaar”dan idarə olunan və pandemiya qanunlarına uyğun şəkildə baş tutan təsis qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, ictimai-siyasi xadim, fəal diasporçu, Azərbaycan və Rusiya dövlətlərinin ali mükafatlarının laureatı kimi ictimaiyyətin yaxşı tanıdığı Mirkazım Seyidov bu tədbiri açıq elan etdikdən sonra, ilk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bundan sonra ölkəmizin müstəqilliyi, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/DZngWRYP5NQ’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Təsis qurultayının say komissiyasının tərkibi müəyyənləşdiriləndən, tədbiri idarə etmək üçün sədarət və katiblik formalaşdırılandan sonra, seçilən sədr gündəliyi elan edib. Bildirib ki, gündəliyə partiyanın təsis olunması, işini tənzimləyəcək Nizamnamə, Məramnamə və digər proqram sənədlərinin, əsasnamələrinin müzakirələrə çıxarıldıqdan sonra qəbulu, partiya sədrinin, İdarə Heyəti, Mərkəzi Nəzarət — Təfftiş Komitəsi üzvlərinin açıq seçki yoluyla təsdiqi kimi əsas məsələlər daxil edilib.
Qurltaya qonaq qismində qatılan bir neçə tanınmış siyasi partiyaların funksionerləri, tanınmış simalar, dünyanın müxtəlif ölkələrində, əsasən Rusiya Federasiyasında məskunlaşan və özlərini diaspor liderləri kimi tanıdan soydaşlarımız yeni yaradılan partiyaya öz təbriklərini çatdırıb, gələcək işlərində uğurlar arzulayıblar.
Çıxışlar və onlayn qatılmalar başa çatdıqdan sonra, gündəliyə uyğun olaraq, məsələlər ayrı-ayrılıqda müzakirəyə çıxarılaraq, səsə qoyulub. Seçilən 83 nəfər nümayəndəsindən 25 nəfərinin canlı, digərlərinin isə, problemsiz internet vasitəsilə iştirak etdiyi təsis qurultayında partiya təsis olunub, Nizamnamə və Məramnaməsinin, həmçinin digər proqram sənədlərinin, eləcə də atributlarının, loqosunun, bayrağının, möhürünün və digər rəmzlərinin qəbulu haqqında qərarlar verilib. Təsis olunduğu elan edildikdən sonra isə, açıq səsvermə yolu ilə, partiyanın İdarə Heyəti, Mərkəzi Nəzarət — Təftiş Komitəsi və digər rəhbər strukturları qurultayda formalaşdırılıb, tərkibləri müəyyənləşdirilərək, açıq səsvermə yoluyla təsdiq edilib. Davamında, açıq səsvermə yoluyla Böyük Dayaq Partiyasının ilk sədri seçkisinə də start verilib. Əksər nümayəndələr tərəfindən, partiyanın sədri vəzifəsinə, elə, Mirkazım Seyidovun namizədliyi təklif edilərək, dəstəklənib. Keçirilən səsvermədə Böyük Dayaq Partiyasının bu qurucusu, elə, onun ilk sədri seçilib. Sədrin Birinci müavinini, ictimaiyyətlə və mətbuatla, hökumətlə, siyasi və ictimai təşkilatlarla, xarici ölkələrlə əlaqələr, ideoloji və digər məsələlər üzrə müavinlərini, eləcə də partiyanın İcra Aparatının rəhbərini və digər səlahiyyətli vəzifə sahiblərini isə, İdarə Heyətinin bu yaxınlarda keçirilməsi nəzərdə tutulan ilk iclasında seçmək qərara alınıb.WhatsApp Image 2021 04 10 at 18.01.46
Gündəlikdəki bütün məsələlərin ciddi müzakirəsindən və qəbulundan sonra, çıxış üçün söz Böyük Dayaq Partiyasının ilk sədrinə verilib. Sədr bu çıxışında da, öncə, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz anılıb, yaralı qazilərimizə isə, Böyük Allahdan şəfa dilənib. Bundan sonra, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfərin önəminə diqqət çəkən Mirkazım Seyidov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti və Ali Baş Komandan İlham Əliyev cənabları, milliləşmə prosesinin getdiyi bu həssas dönəmdə qarşımızda duran ən ağır problemi – 30 illik Qarabağ münaqişəsini həll edib. Bu tarixi qələbə ilə, Azərbaycan, həm də dar günlərində yanında ola biləcək ölkələri tanıyıb. Bir daha tam əmin olub ki, bu ölkələrin sırası başında qardaş Türkiyə Cümhuriyyəti və Pakistan gəlir.WhatsApp Image 2021 04 10 at 18.02.21
Böyük Dayaq Partiyasının yaranması zərurətindən də danışan sədr, xüsusi maraq doğuran bu çıxışında xüsusi olaraq onu vurğulayıb ki, BDP-nin yaranması təklifini, ötən əsrin 80-ci illərinin sonlarında güclənən və silinməz izləri ilə tarixə düşən Xalq Hərəkatının tanınmış liderlərindən və məşhur simalarından biri, Bakı və Kəndlər Birliyinin prinsipial qurucusu və sədri kimi ictimaiyyət tərəfindən yaxşı tanınan Nəsir bəy Ağayev verib: “Onda, Nəsir bəyin çağırış xarakterli bu təklifi bir qrup ictimai-siyasi xadim, tanınmış ziyalı və elm adamı tərəfindən yüksək qiymətləndirildi. Onların arasında mən də oldum və bu təklifi ürəkdən dəstəklədim. Bu təklifin müsbət nəticəsi olaraq, tez bir zamanda bir araya gəlib, ötən ilin sonlarına yaxın keçirdiyimiz bir toplantıda Böyük Dayaq Partiyasının təsis edilməsi barədə qərar verdik. Noyabr-dekabr aylarında isə, Təşəbbüs Qrupunu və Təşkilat Komitəsini formalaşdırdıq. Elə, o vaxtdan da, mən, BDP-nin təsis qurultayına hazırlıq üzrə yaradılan Təşkilat Komitəsinin sədri seçildim və bu günədək, partiyanı formalaşdırmaq üçün yorulmadan çalışdım”.WhatsApp Image 2021 04 10 at 18.02.22
Öz çıxışının sonunda partiyanın siyasi hədəflərindən danışan sədr, xüsusi olaraq onu da vurğulayıb ki, BDP sonadək nifrət dilindən uzaq bir siyasət yürüdəcək. Məhz buna görədə də, Böyük Dayaq Partiyası yarandığı gündən müxalifətyönümlü olduğu bəyan edilib.
Qurultayın sonunda iştirakçılar adından ölkə ictimaiyyətinə ünvanlanan Bəyanat qəbul edilib. Həmin Bəyanatın tam mətnini oxucularımızın da diqqətinə çatdırırıq: “Bu gün bütün dünyada, eləcə də Azərbaycanın şəhər və regionlarında gedən proseslərin dinamikası, bizdən, ölkəmizdə baş verən hadisələrə yeni baxış tələb edir. Torpaqlarımızın işğaldan azad edilməsi ilə, Azərbaycanda yeni bir situasiyanın yaranması heç kəsə sirr deyil. Bu səbəbdən, qarsımızda mühüm vəzifələr durur. Azad olunmuş ərazilərdə aparılan və aparılacaq digər tikinti-quruculuq işləri, köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması, bu ərazilərdə infrastrukturun, təhsil və səhiyyə müəssilərinin, iş yerlərinin bərpası və yenidən fəaliyyətə başlaması istiqamətində həyata keçirilən tədbirlər çox böyük zəhmət və vaxt tələb edən məsələlərdir. Nəzərə almaq lazımdır ki, indiyədək baş verən hadisələr, həm də Azərbaycan dövlətinə ciddi basqılarla müşayiət olunur. Heç kim təminat vermir ki, bu basqılar sabah da baş verməyəcək. Çünki bizə düşmən qüvvələr bizim qonşuluğumuzdadırlar və hələ də, öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər. Bütün bunlar bir daha göstərir ki, istər xarici, istərsə də daxili siyasətimizdə çox böyük dəyişikliklərə ehtiyac var. Bu səbəbdən, ölkəmizdə yeni, daha konstruktiv mövqeyə malik siyasi qurumların, ictimai birliklərin, qeyri-hökümət təşkilatlarının yaranmasına ciddi zərurət duyulur. Hesab edirik ki, milli maraqlarımıza xidmət edəcək, doğma Vətənimizin, xalqımızın və dövlətimizin haqq işinə daim dəstək və dayaq ola biləcək belə bir partiyanın — Böyük Dayaq Partiyasının yaranması da, məhz, bu zərurətdən irəli gəlib. Konkret desək, bu deyilənləri özünün Nizamnamə və Məramnaməsinin ana xəttinə çevirən, siyasi baxımdan mərkəzçi mövqedə duran belə bir siyasi partiyanın yaranmasına cəmiyyətin özü tərəfindən ciddi siyasi sifariş verilib.WhatsApp Image 2021 04 10 at 18.03.20
Bu gün müstəqil Azərbaycan dövləti öz tarixinin ən önəmli və parlaq dövrünü yaşayır. Uzun müddət erməni işğalı altında qalan dədə-baba torpaqlarımız, 44 günlük Vətən Müharibəsində yenilməz qəhrəmanlarımızın göstərdikləri və tarixə düşən analoqsuz rəşadət və şücaət nəticəsində azad olundu. Bu Şanlı Zəfərlə özündənrazı mənfur düşmən üzərində Böyük Qələbə qazandıq. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında əldə etdiyi bu tarixi qələbənin nəticəsi olaraq, erməni işğalçılarını, onlar üçün qəbuledilməz Sülh Sazişini imzalamağa məcbur etdi. Ali Baş Komandanımızın rəhbərliyi altında hərəkət edən Milli Ordumuz BMT Təhlükəsizlik Şurasının illərdi yerinə yetirilməyən 4 mühüm Qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi. Bundan başqa, vaxtilə Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsiylə, Türk Dünyasının coğrafi baxımdan parçaladığını yaxşı bilən möhtərəm Prezidentimiz Naxçıvanla ölkəmizin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu. Azərbaycanlılara qarşı 1905 — 1906, 1918 — 1920, 1948 –1953 və 1988 — 1994-cü illərdə çoxsaylı soyqırımları, kütləvi qırğınlar və deportasiyalar həyata keçirən, eyni zamanda, minlərlə tarixi abidələrimizi, nadir mədəniyyət nümunələrimizi yerlə-yeksan edən erməni-daşnak millətçiləri, 200 ildən sonra, nəhayət ki, öz layiqli cavablarını aldılar. Beləcə, istər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də onun layiqli davamçısı İlham Əliyev cənablarının ölkəmizə rəhbərlik etdiyi illər ərzində aparılan uzaqgörən siyasət öz bəhrəsini verdi. Məhz buna görə də, bu gün Ulu Öndərlə bərabər, qəhrəman şəhidlərimizin də ruhları şaddır!
Biz inanırıq ki, qazandığımız belə tarixi qələbələrimiz daimi olacaq, xalqımızın milli birliyi heç zaman sarsılmayacaq. Bu ümid, bu inam öz xalqına arxalanan Böyük Dayaq Partiyasının çoxsaylı üzvlərini də, daha böyük zəfərlərə aparacaq!”.WhatsApp Image 2021 04 10 at 18.03.53
Böyük Dayaq Partiyasının Təsis Qurultayı, bununla da, öz işini yekunlaşdırıb.
Yazının sonunda onu da bildirmək istəyirik ki, təsis qurultayını, koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən qaydalara uyğun olaraq, video-konfrans rejimində keçirən Böyük Dayaq Partiyasının, artıq, ölkənin 46 bölgəsində özək təşkilatları mövcuddur. Elə, pandemiya səbəbindən də, həmin bölgələrdən seçilən nümayəndələri təsis qurultayına onlayn formada qatılan Böyük Dayaq Partiyası, tezliklə, rəsmi qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcək.

 

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbirli.

araz.az xəbər portalı.