Ukraynanın nüfuzlu “Kiev Diplomatic” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundovanın respublikamızın uğurlu xarici siyasəti, diasporumuzun inkişaf xronologiyası, 44 günlük Vətən müharibəsində qazanılan uğurlara dair məqaləsi dərc edilib.
araz.az xəbər verir ki, məqalədə hər il dekabrın 31-nin ölkəmizdə və Azərbaycan diasporunun fəaliyyət göstərdiyi digər ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu bayram ilk dəfə 1991-ci il dekabrın 16-da – Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə ümummilli lider Heydər Əliyev tərəfindən elan edilib.
Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideyası bütün dünyadakı azərbaycanlıların dövlətimizlə birliyi, həmrəyliyi, xalqımızın milli və mənəvi dəyərlərinə hörmətdir.
Heydər Əliyev Azərbaycan diasporunun yaradılmasının, bir çox ölkələrdə diaspor təşkilatlarının strukturlaşdırılmasının memarıdır. Bu gün isə Prezident İlham Əliyev tərəfindən Azərbaycan diasporunun inkişafı istiqamətində uğurlu siyasət davam etdirilir.
Elmira Axundova məqaləsində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun uğurlu hərbi əməliyyatlar apararaq ərazilərimizin işğaldan azad edilməsi barədə fikirlərinə geniş yer verib.
“Azərbaycanın tamamilə haqlı olaraq Vətən müharibəsi adlandırdığı 44 günlük döyüşlərin nəticələri bu gün bütün dünyaya məlumdur. Azərbaycan torpaqlarının işğalına son qoydu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoyur. İşğaldan azad olunan ərazilərimiz bərpa edilir, yenidən qurulur və qaçqınlar tezliklə doğma yurdlarına qayıdacaqlar. Qarabağ yenidən çiçəklənən bağa çevriləcək. Mən buna tam əminəm. Çünki tarixi Qarabağ torpağı öz qəhrəman övladlarının qanı hesabına əsl sahibinə qayıtdı. Həm də Azərbaycan xalqının qlobal problemləri həll etmək gücündə olan Prezident İlham Əliyev kimi böyük lideri var”, – deyə müəllif vurğulayıb.\pravda.az/
araz.az xəbər portalı.