“Biz bundan əvvəl Ağdam şəhərinə səfər etdik və Ağdamdan Gəncəyə gəldik. Biz Gəncədə hərbi əməliyyatlar nəticəsində mülki əhalinin zərər çəkdiyini gördük”.
araz.az-ın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib.
Asadjon Xojayev deyib ki, uşaqların hərbi əməliyyatlardan zərər çəkdiyini görmək çox dəhşətlidir: “Biz bu gün Ağdamda çox dəhşətli dağıntılar gördük. Biz bir tərəfdən çox şadıq ki, Azərbaycan torpaqlarına sülh gəlib, inkişafın yeni mərhələsi başlayıb. Türk Şurasına üzv ölkələr bərpa prosesində Azərbaycana kömək edəcək. Bu yaxınlarda Özbəkistan Prezidenti bəyan edib ki, Özbəkistan inşaatçıları, mühəndisləri, mütəxəssisləri Dağlıq Qarabağda infrastrukturun, tarixi abidələrin, məscidlərin bərpasında aktiv iştirak edəcək. Bir daha qeyd edim ki, Özbəkistan uşaqların təhsil alması üçün Qarabağda təmənnasız məktəb tikəcək və Azərbaycan xalqına hədiyyə edəcək. ”.
araz.az
araz.az xəbər portalı.