WhatsApp Image 2021 04 12 at 02.05.22

Ötən il mart ayının 10-da, Qərbi Azərbaycana Qayıdış Birliyinin (QAQB-nin) bazasında, əslən Qərbi Azərbaycandan (Ermənistandan) olan Birlik üzvü tanınmış simaların — ictimai-siyasi xadimlərin, elm adamlarının, ziyalıların… yaratdıqları Göyçə — Zəngəzur Respublikasının (GZR-in)QAQB-nin mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, ötən cümə günü GZR Parlamentinin onlayn formada ilk plenar iclası keçirilib. Bu məlumata görə, iclasa qatılanlar qarşısında, yuxarıda göstərilən tarixdə QAQB Ali Məşvərət Şurasının əksər üzvlərinin səs çoxluğu ilə, Göyçə-Zəngəzur Respublikasının Prezidenti seçilən Rizvan Talıbovun andiçmə mərasimi keçirilib.WhatsApp Image 2021 04 12 at 02.05.24 Yarandığı gündən Qərbi Azərbaycana Qayıdış Birliyinə də rəhbərlik edən Rizvan Talıbov, bu mərasimdəki çıxışında, həm QAQB Ali Məşvərət Şurasının, həm də GZR Milli Məclisinin üzvlərinə, ona göstərdikləri bu yüksək etimada görə, xüsusi təşəkkürünü çatdırıb. Andiçmə prosedurunu müqəddəs kitabımız “Qurani-Kərim”ə əl basmaqla keçirən Rizvan Talıbov, Göyçə — Zəngəzur Respublikasının Prezidenti olaraq, üzərinə düşən böyük məsuliyyəti dərindən dərk etdiyini də, öz çıxışında xüsusi vurğulayıb. Qeyd edib ki, Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarındakı halal yurd-yuvalarına yenidən qovuşana və sahib çıxanadək, eləcə də erməni daşnaklarının vicdan çərçivəsinə sığmayan zorakılıq və işgəncələrlə bu yerlərdəki ev-eşiklərindən qovduqları soydaşlarımızın pozulmuş hüquqlarının tam bərpa olunmasına və mənfur düşmənin onlara vurduğu hədsiz maddi-mənəvi ziyanların onların özləri tərəfindən ödənilməsinə tam nail olanadək, bu çətin yolda yorulmadan irəliləyəcək.WhatsApp Image 2021 04 12 at 02.05.23
Çıxışının sonunda, Prezident vəzifəsini sonadək şərəflə daşıyacagına söz verən Rizvan Talıbov, həm də Göyçə — Zəngəzur Respublikasının qarşısına qoyulan bütün ali məqsədlərə tez bir zamanda çatmaq üçün, onun rəhbəri olaraq, bu yolda bütün bacarığını sərf edəcəyi, milli və dövlətçilik maraqları baxımından, verəcəyi bütün qərarlarında daim israrlı olacağı, həmişə haqqın və ədalətin, eləcə də hər bir GZR vətəndaşının yanında olacağı barədə, bütün mərasim iştirakçılarında tam əminlik yaradıb.WhatsApp Image 2021 04 12 at 02.05.23 1
Andiçmə mərasimindən sonra, iclasın gündəliyinə uyğun olaraq, Göyçə — Zəngəzur Respublikası Parlamentinin spikerinin və onun müavinlərinin müəyyənləşdirilməsi proseduruna start verilib. Spiker vəzifəsinə əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan Dərəkənd doğumlu dünya şöhrətli ixtiraçı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Əli oğlu Məhərrəmovun, spikerin 1-ci müavini postuna əslən Dərələyəz mahalının Qabaxlı kəndindən olan tanınmış ziyalı, ictimai fəal, əməkdar müəllim Arazxan Xanmalı oğlu Səfərlinin, spikerin müavinləri vəzifələrinə isə, Qaraqoyunlu mahalının Polad kəndində doğulan tanınmış mühəndis, şair Şuriyə Şəki oğlu Mərdanovun, Zəngəzur mahalının Sisyan bölgəsindəki Ərəfsə kəndində anadan olan ali təhsilli riyaziyyat müəlliməsi, ictimai fəal Svetlana Məmməd qızı Gülməmmədovanın, Vedibasar mahalının Ararat rayonundakı Əfşar kəndindən olan ali təhsilli mühəndis, iş adamı, ictimai fəal Əli Əkbər oğlu Nəsulayevin namizədlikləri irəli sürülüb. Bununla bağlı Elturan Musayev, Mehdi Nağıyev, Akif Pirəliyev, Şövkət Cavadova, Yavər Bayramov, Rövşən Cəlilov, Fərman Ələkbərov, Naib Paşayev və digərləri çıxış edərək, namizədlikləri irəli sürülən bu şəxslərin namizədliklərinə dəstəklərini ifadə edərək, onların bu vəzifələrə layiq olduqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxış edənlər, həm də Parlamentin səmərəli iş fəaliyyətinin təmin olunması üçün, faydalı təkliflərini irəli sürüblər. Eyni zamanda, onu da təklif ediblər ki, müxtəlif texniki səbəblərdən onlayn toplantıya qatıla bilməyənlərin münasibətləri də, adbaad “Vatsap” üzərindən öyrənilsin. Yalnız bundan, yəni, bütün GZR Milli Məclisi üzvlərinin münasibətləri tam məlum olandan sonra, ümumi səsvermənin yekun nəticəsi barədə qərar, mətbuat vasitəsilə ictimaiyyətə açıqlansın.WhatsApp Image 2021 04 12 at 02.05.25
Onu da qeyd edək ki, “Zoom” proqramı və “Vatsap” üzərindən aparılan səsvermənin yekun nəticəsinə görə, 75 nəfər parlament üzvündən 68 nəfər irəli sürülən namizədlərin lehinə səs veriblər. Elə, buna görə də, namizədlikləri irəli sürülən şəxslər məlum vəzifələrə seçilmiş olublar.
Toplantının sonuna yaxın, Rizvan Talıbov, GZR Prezidenti olaraq, Parlamentin seçilmiş spiker və müavinlərini təbrik edib, onlara bu işlərində uğurlar və səmərəli fəaliyyət arzulayıb. İclasın sonunda isə, Spiker vəzifəsinə yenicə seçilən professor Vaqif Məhərrəmova söz verilib. Spiker vəzifəsindəki ilk çıxışında, o, Parlamentin gələcək fəaliyyətinin bəzi istiqamətləri barədə danışaraq, hər bir parlament üzvünün vicdanla, səmərəli çalışmasının bu həssas dönəmdə çox vacib olduğunu xüsusi qeyd edib. Və məsuliyyət tələb edən bu yeni fəaliyyətlərində, onların hər birinə uğurlar arzulamaqla bərabər, tövsiyyə və ciddi tapşırıqlarını da çatdırıb.
Beləcə, ilk Spiker ilk çıxışıyla da, yenicə yaradılıb, formalaşdırılan Göyçə — Zəngəzur Respublikası Parlamentinin ilk iclasının işinə yekun vurub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/_Uhm8E8jHMk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.