1598854165 0001

Şəmkir İcra başçısı Alimpaşa Məmmədovun cəzalandırılması barədə artıq siyasi qərar verilib.

Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya verilib. Xəbəri verən qaynaq iddia edir ki, icra başçısı ona verilən limiti çoxdan doldurmuşdu.

Mənbəyə görə, konkret olaraq, ən yüksək səviyyədə Alimpaşa müəllimin cəzalandırılmasına qərar verilib.

İcra başçısının işdən çıxarılması və qoluna qandal vurub Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin insiativinə verilməsi belə, istisna edilmir. Onu hətta daha başqa orqanlarda sorğuya çəkə biləcəyi də ehtimallar arasındadır.

Sonuncu variant Alimpaşa Məmmədov üçün ən ağır cəza tədbiri kimi düşünülür.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

 

 

araz.az

araz.az xəbər portalı.