Təşəbbüs yenə millət vəkili Sabir Rüstəmxanlından olub
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Partiyanın mətbuat xidmətindən araz.az-a daxil olan məlumata görə, seçicilərlə görüşdən sonra, millət vəkili, rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanına baş çəkib. Xatırladaq ki, ötən ilin sonunda açılışı keçirilən Şəhidlər Park — Kompleksi Həsənəbaq qəsəbəsinin mərkəzində, geniş bir ərazidə tikilib.
Ümumiyyətlə, Həsənabad qəsəbəsinin yetirdiyi igid oğullar Vətənin azadlığı uğrunda mübarızələrdə və Qarabağ naminə gedən müharibələrdə həmişə öz qəhrəmanlıqları ilə seçiliblər. Onların arasından şəhid olanların şərəfinə ucaldılan bu kompleksin baş tərəfindəki divarda da, elə, onlardan 13-ünün şəkli qara mərmərdə həkk olunub, qarşısındakı meydançada isə, 2 Milli Qəhrəmanın büstü qoyulub.
Bu kompleksin, həm də kənd əhàlisinin iştirahət yeri olacağı planlaşdırılıb. Burada salınan səliqəli yollar, qoyulan rahat oturacaqlar, görülən yüksək səviyyəli yaşıllaşdırma və işıqlandırma işləri də, elə, bu niyyətə xidmət edir. Kompleksin Laçının azad edilməsindən bir gün sonra açılışının olması isə, rəmzi məna daşıyıb.
Sabir Rüstəmxanlının millət vəkili seçildiyi rayona bu dəfəki səfəri zamanı, Neftçalanın Həsənabad qəsəbəsində anadan olan Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin əfsanəvi döyüşçüsü, xidmətlərinə görə 14 fərqli orden və medallarla təltif edilən şəhid Camal İsmayılovun büstünün açılışı olub. Açılış mərasımındə qəhrəman şəhidin yaxınları ilə bərabər, rayon ictimaiyyəti də iştirak edib.
Tədbirdə çıxış edən partiya lideri, millət vəkili Sabir Rüstəmxanlı xüsusi olaraq onu vurğulayıb ki, Azərbaycan xalqının tarixi igid Vətən övladlarının bütün nəsillərə örnək olacaq qəhrəmanlıqlarıyla zəngindir. Mərasimdə qəsəbə məktəbliləri, eyni zamanda şəhidin övladları qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Maraqlı keçən bu tədbir sonadək yaddaqalan tərzdə keçib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.