Moldovanın böyük auditoriyaya malik bir neçə aparıcı informasiya portallarında, Azərbaycanın paytaxtı Bakı şəhərində Hərbi Qənimətlər Parkının bu yaxınlarda baş tutan açılışı barədə, rus və rumın dillərində silsilə xəbərlər dərc olunub. Bu barədə, Azərbaycanın Moldovadakı səfirliyindən araz.az-a daxil olan məlumata görə, bu ölkənin nüfuzlu noi.md saytındakı «Алиев показал обломки российских «Искандеров» из Нагорного Карабаха» başlıqlı yazıda Prezident İlham Əliyev cənablarının açılışını etdiyi Hərbi Qənimətlər Parkı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, erməni daşnakları tərəfindən 30 il əvvəl zəbt olunmuş Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən Müharibəsinin zəfər dolu uğurlu gedişi zamanı, məğlub mənfur düşməndən götürülən hərbi qənimətin bir qisminin — 150-dən çox ağır texnika, xeyli sayda tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar və hərbi nəqliyyat da daxil olmaqla, 300-dən çox eksponatın sərgiləndiyi bildirilib. Eyni zamanda, Şuşaya atılan Rusiya istehsalı «İskəndər — M» raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə, Prezident İlham Əliyevin öz çıxışlarında verdiyi olduqca ciddi sual və bu ciddi suala Azərbaycanla bərabər, ona qardaş, dost və yaxın ölkələrin də ciddi cavab gözlədikləri həmin yazıda xüsusi bir yöndən vurğulanıb.
Moldovanın digər bir nüfuzlu xəbər portalı — dosug.md isə, deyilənlər barədə, «Азербайджан оценил армянские потери в технике из-за войны в Карабахе» adlı olduqca maraqlı bir yazı işıqlandırıb. Bu yazıda xüsusi olaraq o vurğulanıb ki, sonuncu Dağlıq Qarabağ müharibəsinin gedişində, Azərbaycanın rəşadətli Milli Ordusu tərəfindən düşmənin həm məhv edilən, həm də hərbi qənimət kimi götürülən hərbi texnikasının dəyərini azərbaycanlı mütəxəssislər 5 milyard dollar cıvarında qiymətləndiriblər. Bununla yanaşı, həmin yazıda Prezident İlham Əliyev cənablarının sözlərinə istinadən o da bildirilib ki, Ermənistan öz təcavüzkar ordusuna hərbi texnikanı digər ölkələrdən «hədiyyə» qismində aldığı uzun zaman müddətində, Azərbaycan öz Milli Ordusunu tam təmin etmək üçün, bütün lazımi texnikanı halal qazandığı vəsaiti hesabına əldə edib.
Bu yazının da, paytaxt Bakıda bu yaxınlarda açılışı olan Hərbi Qənimətlər Parkında Şuşaya atılan Rusiya istehsalı «İskəndər — M» raketlərinin qalıqlarının nümayiş olunduğu barədə maraqlı epizodu var. Bu yazının bu hissəsində də, Ermənistanın bu raketləri haradan əldə etməsi barədə, Ali Baş Komandan İlham Əliyev cənablarının verdiyi o ciddi suala, onun rəhbəri olduğu ölkənin ictimaiyyətinin də, təcili və ətraflı cavab gözlədiyi xüsusi vurğulanıb.
Dəyərli araz.az oxucularının diqqətinə çatdırırıq ki, Moldova mətbuatında dərc olunan həmin maraqlı yazılarla daha ətraflı tanış olmaq üçün, aşağıdakı linklərdən istifadə mümkündür:
https://noi.md/ru/v-mire/aliev-pokazal-oblomki-rossijskih-iskanderov-iz-nagornogo-karabaha;
https://noi.md/md/in-lume/aliev-a-aratat-fragmente-ale-rachetelor-rusesti-iskander-din-nagorno-karabah;
https://dosug.md/ru/news/1440429/;
https://dosug.md/ru/news/1440390/.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.