cumsud

“Bəzi insanlar yalnız tapşırıq yerinə yetirirlər, onlar üçün dövlət, millət anlayışları yoxdur. Elə bircə bunu bilirlər: deyirlər ki, ermənilərin hüquqları pozulur. Bir milyon azərbaycanlının hüququ pozulanda, 30 ilə yaxın didərgin düşəndə, qəbirsanlıqlar hərəsi bir yana səpələnəndə harada idilər?!”

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq erməni əsgərlərinin hərbi papaqlarının parkda nümayiş etdirilməsini müzakirəyə çıxaranlarla bağlı bildirib ki, bunun arxasında iki amil dayana bilər. Onun sözlərinə görə, ya belə adamların qanı qarışıqdır, ya da qranta işləyirlər: “Qrant-bəli, əvəzsiz verilən yardımdır, amma qrant layihəsi mütləq yerinə yetirilməlidir: “Bizim 3000-ə yaxın şəhidimiz var ki, həmin şəhidlərin də başında həmin kaskalardan olub. Necə olur ki, ermənilər bizimkiləri öldürür, istədikləri kimi dünyaya təbliğ edirlər, amma bizim ərazilərimizi işğal edən, Xocalı soyqırımını törədən, qəbiristanlıqları dağıdan insanlara qarşı hər addımımızda humanizm axtarılır. Bütün dünya qəbul edir ki, Ağdam ruhlar şəhəridir. İndi guya özlərini insanpərvər göstərib bu mövzuda Prezidentə “hücum edənlərləri” başa düşə bilmirəm”.

Cümşüd Nuriyev əlavə edib ki, belə muzeylərə dünya təcrübəsində rast gəlinir. Onun sözlərinə görə, Azərbaycan bununla öz mənəvi, hərbi və iqtisadi gücünü göstərir: “Hələ Zəfər paradında Prezident elan etmişdi ki, Bakıda Hərbi Qənimətlər Parkı salınacaq. Belə çıxır ki, gərək Rusiyada Borodino panoraması tamamilə dağıdılsın ki, fransalıların hüquqları pozulur. Açıq muzeylər dünyanın harasında yoxdu ki? Mənim buna qarşı çıxan insanlara yazığım gəlir, çünki onların mənəviyyatı pula bağlıdır. Anlamaq lazımdır ki, cənab Prezident bu şəkildə insanaların, xalqın ruhunu qaldırır. Biri var eşitmək, biri də var əyani şəkildə görə bilmək”.

Nəzrin CAVİD.

araz.az xəbər portalı.