bayput“Rusiyanın son günlərdə Ukrayna ilə sərhəddə qoşun toplaması, hərbi gəmilərini Qara dənizə yerləşdirmək cəhdləri Vladimir Putinin ölkəsinin Ukraynaya qarşı yeddi illik qarşıdurmanı həqiqətən müharibəyə çevirməsidir, yoxsa sadəcə, yeni ABŞ rəhbərliyinə meydan oxuyan bir şoudur? Bu məsələ mütəxəssislər arasında mübahisələrə səbəb olub.”

araz.az-ın verdiyi xəbərə görə, bununla bağlı “Azpolitika.info” yazır ki,ki, “The Washington Post” qəzeti “Putin Baydeni Ukrayna üzərindən sınaqdan keçirir” başlıqlı məqaləsində Rusiyanın Ukraynaya qarşı təhdidlərinin qlobal xarakter daşıdığını bildirərək, Baydenin bu məsələnin həllindəki rolunun vacibliyinə diqqət çəkib: “Hər iki halda – 2014-cü ildə Krımda olduğu kimi, bu gün də Ukraynanın başına eyni hadisələrin gəlməsinin qarşısını almaq Prezident Baydendən qətiyyətli hərəkət tələb edəcək. Yeni bir rus istilasına icazə verilməsi, yeni yaranan demokratiyaya daha bir zərbə vurmaqla yanaşı, dünyanın koronavirus pandemiyası və iqlim dəyişikliyi kimi ikiqat fəlakətlə qarşılaşdığı bir dövrdə qlobal nizamı pozacaq”.

Məqalədə ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləməsi, Ukraynaya əlavə hərbi yardımlar göndərməsi xatırladılsa da, Baydenin bunlardan daha çox şey edə biləcəyi də vurğulanıb: “Ukrayna xalqının iradəsinə və beynəlxalq hüquqa baxmayaraq, Rusiya öz yolunu davam etdirərsə, Putin özünün korrupsiyalaşmış siyasi, hərbi və iqtisadi nüfuzunu keçmiş sovet ölkələrində və onun hüdudlarından kənarda yaymağa davam etmək üçün cəsarətlənəcək. NATO özünü çox güman ki, Baltikyanı ölkələrdə sınayacaq. Bir NATO dövlətinə hücum, ittifaqa hücum deməkdir ki, bu da kollektiv hərbi cavab tələb edir.”

Məqalədə həmçinin, Putinin Ukrayna ilə savaşı yenidən başlatmaq üçün daxili səbəblərinin olduğu qeyd edilib: “Donbasın yenidən “qızışdırılması” Putinin xalqın fikrini durğun iqtisadi vəziyyətdən, pandemiyadan, siyasi partiyasının populyar olmamasından və bürokratik idarəçilikdən, “Navalnı məsələsi”ndən yayındırmaq üçün xüsusi bir taktikadır. Ancaq Putin bilməlidir ki, Ukrayna ilə genişmiqyaslı müharibə həm də Rusiyaya əks təsir göstərə bilər. Rus xalqı ukraynalılarla müharibə etmək istəmir. Yeni bir hücum demokratiyanın birləşmiş cəbhəsini yaradar və ciddi sanksiyalara gətirib çıxarar ki, bu da Putinin hakimiyyəti üçün sonun başlanğıcı olar.”

 

 

 

araz.az

araz.az xəbər portalı.