“Bu ilin fevralın 12-də, 69-cu yaş günündə Böyük Britaniyanın DTK-dakı keçmiş agenti Boris Karpiçkovun evinə naməlum zəng gəlir. Bu zəng onun Rusiya xüsusi xidmət orqanlarında qulluq edən və Avropanın bilinməyən bucağından arayan dostu tərəfindən edilir. Adı çəkilməyən dost Karpiçkova 8 nəfərlik ölüm siyahısının hazırlandığını və hökmlərin tez br zamanda həyata keçiriləcəyini söyləyib. Zəng edən adam Boris Karpiçkovla birlikdə Sergey Skripalın da qara siyahıda olduğunu bildirib”.
Bu sətirlər “Bloomberg” saytının Britaniya adasında məskən salan rusiyalı casuslarla bağlı hazırladığı materialın ilk cümlələridir.
Yazıda Boris Karpiçkovun öncə buna ciddi fikir vermədiyi qeyd olunub. Lakin martın 4-də Sergey Skripal və qızının Solsberi rayonunda zəhərlənməsi xəbərindən sonra o, fikrini tamamilə dəyişib.
Məqalədə Boris Karpiçkovun “Bloomberg Businessweek”in jurnalisltəri ilə görüşə qara şlyapa və eynəklərdə gəldiyi və olduqca qorxduğu qeyd olunub. Onun sözlərinə görə, hazırda postravmatik stress vəziyyətini yaşayır və hər an öldürülmək təhlükəsini üzərində hiss edir.
Yazıda Boris Karpiçkovun ötən əsrin 80-ci illərində DTK mayoru olaraq xidmət keçdiyi qeyd olunur. 1991-ci ildə doğma vətəni Latviya müstəqil olduqdan sonra da o, Rusiya kəşfiyyatına işləməkdə davam edib. Daha sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa gedən keçmiş DTK-çı sənədlər qutusu ilə birlikdə ölkədən qaçıb.
“Mən hətta Britaniya hakimyyətinədən məni Marsa və ya Aya göndərməsini rica edərdim. Lakin bununla nəsə dəyişəcəkmi”, – keçmiş kəşfiyyatçı jurnalistlərlə söhbətində söyləyib.
Məqalədə Skripal məsələsinin 2006-cı ildə içdiyi çaya radioaktiv maddə əlavə olunaraq öldürülən Aleksandr Litvinenkoişinə olduqca bənzədiyi vurğulanır və bənzər halların Böyük Britaniya polisi tərəfindən ciddi surətdə araşdırıldığı bildirilir:
“Skripalın zəhərlənməsindən cəmi bir həftə sonra, Putinin daha bir tənqidçisi və sürgündə olan iş adamı Nikolay Qluşkov Londonda yaşadığı evdə qətlə yetirilir. Polis hazırda 2003-cü ildən bu yana Böyük Britaniyada məskunlaşmış Putin rejiminə müxalif sayılan və naməlum səbəblərdən dünyalarını dəyişən 14 şəxslə bağlı təhqiqatı bərpa edib”.
Yazı müəllifləri öncəki dövrlərdə Rusiya ilə münasibətlərin normal vəziyyətdə qalması naminə, həmçinin rus milyarderləri tərəfindən Britaniyaya axıdılan pullara görə rəsmi Londonun 14 şübhəli ölümə sadəcə göz yumduğunu qeyd edirlər. Lakin indi vəziyyət tamamilə dəyişib. Polis bu qətllərin təsadüf olduğuna artıq inanmır:
“2004-cü ildə Rusiya nefti ilə bağlantıları olan, Mixail Xodorkovskinin sağ əli sayılan britaniyalı hüquqşünas Stiven Körtis şübhəli helikopter qəzasında həlak olur. 2010-cu ildə başqa bir birtaniyalı agentin (Qaret Uilyams) Londondakı mənzildə tikə-tikə doğranaraq idman çantasına qoyulmuş halda meyidi tapılır. 2013-cü ildə isə Putinin özünə düşmən saydığı Boris Berezovski vanna otağında asılmış vəziyyətdə aşkar edilir. 2016-cı ildə Aleksandr Litvinenkonun bədənindəki radiokativ maddəni araşdıran britaniyalı alim evndə bıçaqlanaraq öldürülür.
Britaniya polisi Ruisya kəşfiyyatı ilə mütəşəkkil cinyəkarlıqla məşğul olan şəxslərin eyni hədəfdə çalışdığını güman edir.
Məsələn, 2008-2014-cü illər ərzində Böyük Britaniyada naməlum səbəblərdən Boris Berezovskinin 5 biznes partnyoru ölüb. Onlardan biri infarktdan keçinib, ikisi “özünü metro qatarıınn altına tullayıb”, daha biri özünü ticarət mərkəzinin damından yerə atıb, sonuncusu isə öz mənzilinin pəncərəsindən düz hasarın iti məftillərinin üstünə düşüb.
Məqalədə məşum siyahıda olduğu ehtimal edilən şəxslərin adları da var.
Bunlardan biri “Maqnitski işi”ndə xüsusi rol oynamış britaniyalı hüquqşünas Billi Brauderdir.
Xatırladaq ki, 2009-cu ildə Brauderin Hermitage Capital Management Ltd. investisiya şirkətində çalışan vergi eksperti Sergey Maqnitski rusiyalı məmurlar tərəfindən dövlət xəzinəsindən 230 milyon dollar pul oğurlandığını aşkarlamış, bundan bir müddət sonra isə Moskva həbsxanasında öldürülmüşdü.
3 il sonra isə eyni maxinasiylar barəsində İsveçrə hakimiyyətinə məlumat verən daha bir şəxs, Aleksey Peripeliçni Böyük Britaniyada yaşadığı evdə ölmüşdü. Onun ölüm işi həmin 14 naməlum qətl hadisənin içində gedir. Belə ki, Peripeliçni evin ətrafında qaçan zaman nadir Çin bitkisinin təsiri ilə qəfildən ürəyi dayanıb.
Digərləri isə 79 yaşlı keçmiş kəşfiyyatçı Oleq Qordiyevski, Trampın Ruisya ilə bağlantılarını araşdıran kəşfiyyat zabiti Kristefor Stoll, nüvə silahı üzrə mütəxəssis və casusluq ittihamı ilə Ruisyada həbs olunub, sonradan “agentlər mübadiləsi”nə görə Britaniyaya təhvil verilən İqor Sutyaqin, SSRİ-nin keçmiş kəşfiyat zabiti, 1978-ci ildə Qərbə qaçan, sonradan isə “Viktor Suvorov” təxəllüsü altında sovet ordusu barədə ifşaedici kitabların müəllifi Vladimir Rezun, 1994-cü ildə ABŞ-a qaçan, keçmiş DTK mayoru Yuri Şvetsdir.
Hazırda Böyük Britaniyada, gizli mənzildə və yalançı adla yaşayan Karpiçkovun özünə qarşı da iki dəfə sui-qəsd cəhdi olub. Bunlardan biri 2006-cı ildə Yeni Zellandiyada, Oklenddə baş verib. Orada miskin görkəmli bir şəxs onun üzünə kül səpmək istəyib. Rus casus həmin hadisədən sonra xəstələnib və xeyli arıqlayıb. 4 ay sonra isə Karpiçkovun evində aşkarladığı bənövşəyi rəngdə kristallar onun səhhətinə yenidən xətər yetirib.
Yazıda Boris Karpiçkovun DTK-da xüsusi killer təlimi aldığı vurğulanır. Karpiçkovun sözlərinə görə, qatillərin qurbanlarına məxsus indi eyni qorxu hissini hazırda özü keçirir.
2005-2011-ci illərdə Böyük Britaniyanın Terrorizmlə mübarizə üzrə milli idarəsinin rəhbəri olan Kris Fillips yazı müəlliflərinə B.Karpiçkov, habelə siyahıda olanların digərlər barəsində polis mühafizəsinin qoyulmasının vacibliyini söyləyib. “Onların yerində olsam, mən də çox narahat olardım”, – Fillips bildirib./musavat.com/
araz.az xəbər portalı.