restoran

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 462 ictimai iaşə obyektində 800 monitorinq keçirib.

AQTA-dan verilən məlumata görə, monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Suraxanı ‎rayonu, Yeni Günəşli, Q massivində yerləşən, fiziki şəxs İsayev Sarxan Nəcəf oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nərimanov‎ ‎rayonu, Təbriz küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Mehdizadə Təbriz Mehdi oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu, F. Ağayev küç., ev A, 559-cu məhəllə, m. 26 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe;

4. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, stansiya 9 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Şamil Mürsəl oğluna məxsus “Coffe Elea” kafesi;

5. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən, fiziki şəxs Niftəliyev Loğman Ağaseyid oğluna məxsus kafe;

6. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, N. Rəfiyev küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Hacıyev Əşrəf Gülmirzə oğluna məxsus “Cənnət” kafesi;

7. Bakı şəhəri, Nizami ‎rayonu, Özbəkistan 1 ünvanında yerləşən, fiziki şəxs Abbasov Çingiz Nurəddin oğluna məxsus ” Bulaq” kafesi;

8. Bakı şəhəri, Nəsimi ‎rayonu, A. Mustafayev küçəsində yerləşən, fiziki şəxs Qafarov Fərid Fərhad oğluna məxsus “50 qəpik” kafesi;

9. Bakı şəhəri, Nəsimi ‎rayonu, Puşkin 13 ünvanında yerləşən, fiziki şəxs Solovyov Aleksey Yuryeviç oğluna məxsus “Allo Pizza” kafesi;

10. Bakı şəhəri, Nəsimi ‎rayonu, 28 May küç., ev 40 ünvanında yerləşən, fiziki şəxs Ağayev Cahangir Bəhlul oğluna məxsus “Bizim ev” kafesi;

11. Bakı şəhəri, Xətai ‎rayonu, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi yaxınlığında yerləşən, fiziki şəxs Həsənov Naib Telman oğluna məxsus “Tblisi 333 ailəvi” restoranı;

12. Sumqayıt şəhəri, 9-cu məhəllə, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mirzəməmmədov Vüqar Sarıbala oğluna məxsus “Basdırma” dönər evi;

13. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Haqverdizadə Sevinc Qüdrət qızına məxsus “Sushi Moon” kafesi;

14. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Məmişov ilham Nurəddin oğluna məxsus “Gilavar” kafesi;

15. Mingəçevir şəhəri, Rəfibəyli küçəsində yerləşən, fiziki şəxs Qurbanov Tural Hidayət oğluna məxsus “İnci” restoranı;

16. Lənkəran şəhəri, Paşa Təhməzov küçəsində yerləşən, fiziki şəxs Şərifov İntiqam Calal oğluna məxsus kafe;

17. Şamaxı rayonu, Bakı-Qazax yolunun kənarında yerləşən, fiziki şəxs Dəmirov Azər Əmirxan oğluna məxsus “Akşin” kafesi;

18. Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Quliyev Natiq Seyidqulu oğluna məxsus kafe;

19. Göygöl rayonu, Balçılı kəndində yerləşən, fiziki şəxs Sayadov Maarif Nəbi oğluna məxsus kafe;

20. Qazax rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Əfəndiyev Osman Əmirxan oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

araz.az xəbər portalı.