Şimal qonşumuz “nə qədər ağıllı və tədbirli görünməyə çalışsa da” özünün illər uzunu başqalırı üçün qazdığı quyularsan birinə düşdü.
“Google” Rusiya üçün “qəbuledilməz hadisə”yə imza atmaqla, necə deyərlər, Putini “qarınağrısına saldı”, Lavrovun “diplomatik istedadını” isə divara dirədi.
İT nəhənginin təqdim etdiyi xəritələrdə Kuril adalarının ərazisi Rusiya Federasiyasının sərhədlərindən kənarda qalıb.
Vəziyyət Dövlət Dumasının Xarici dövlətlərin Rusiyanın daxili işlərinə müdaxilə faktlarını araşdırmaq üçün komissiyası tərəfindən qeydə alınandan sonra ruslar əl-ayağa düşüblər.
Aprelin 16-da komissiya üzvləri “RF-nin siyasi xəritəsində gedən səhvə görə” artıq “Google”a məlumat verdiklərini və orada “Rusiyanın narahatlığını anlaqla qarşıladıqlarını”, qaldırılan məsələni “nəzərdən keçirməyə razı olduqlarını” söyləyiblər.
Həmin komissiyanın sədri Vasili Piskarev isə jurnalistlərə verdiyi açıqlamada “Rusiya ərazilərinin bir hissəsində, xüsusən Kuril silsiləsinin bir hissəsi olan Sakit Okeandakı adalarımızın Rusiya Federasiyasının ərazisi olaraq təyin edilmədiyini biz müəyyənləşdirdik”- deməklə bərabər, “Google”-nin lazımi düzəlişlərin ediləcəyi üçün “əlavə materiallar” istədiyini də qeyd edib.
Bakuexo.az qətiyyən şübhə etmir ki, “Google” kimi İT nəhənginin “buraxdığı səhv” hansısa texniki məsələ ilə bağlı ola bilər. Amma, bizimkilər demiş, vəlvələdən, ya zəlzələdən, nə cür olmasından asılı olmayaraq, “bu səhv” Kremldə, lap elə, QosDumada, yaxud xanım Marqarita Simonyanın nəhəng media maşınında və ya bülbül kimi cəhcəh vuran Solovyovun psixikasında iz salmamış keçmədi. O izləri, dünyanın başqa ölkələrini demirik, özünün “naxlebnikləri” olmuş gənc dövlətlərin- Azərbaycan, Moldova, Gürcüstan və Ukraynanın ürəyinin ortasından salan ləyaqətsiz və harınlamış insanların indi hansı hissləri keçirdiyi ona görə də maraqlıdır.
Firuz Kazımoğlu,
“Bakuexo.az”.
araz.az xəbər portalı.