tovuz elek stan

 

05 yanvar 2021-ci il tarixdə Tovuz “Asan Xidmət” mərkəzinə ərizə ilə müraciət etdim. Məqsədim Tovuz rayonu, Qovlar şəhəri “Təzəməhlə” adı ilə tanınan ərazidə Əhmədov.T.V. oğlunun adına rəsmiləşdirilən, çıxarışı olan yaşayış evinə elektrik sayğacının quraşdırılmasına və şəbəkəyə qoşulmasına nail olmaq idi.  Belə bir problemin həllinə nail olmaq üçün, yanvar ayının 5-dən aprel ayının 7-sinə kimi üç dəfə rəsmi qaydada müraciət etmişəm. Üç dəfə müraciət etsəm də, bizdən “RÜŞVƏT” əldə etmək məqsədilə hər üç müraciətimə müxtəlif bəhanələr  gətirmişlər. Guya ki, qeyd olunan yaşayış evini ətrafında hasar yoxdur, hasar olmadığı üçün də, məhz imtina cavabı verilir. Bununla bağlı qeyd olunan yaşayış evinin ətrafında hasarın olmasını təsdiq edən videoları, lazımi şəkilləri media vasitəsilə “AZƏRİŞIQ” ASC-nə ünvanladım. Sonuncu dəfə, yəni 07 aprel 2021-ci il tarixdə başqa bir bəhanə uydurub yenə imtina cavabı verdilər və onu əsas gətirdilər ki, həmin həyətin orta hissəsində 10 kv-luq elektrik xətti mövcuddur. Bu yöndə araşdırma aparılarkən o da məlum oldu ki, 10 kv-luq elektrik dirəyi torpaq sahəsində deyil, qeyd olunan yaşayış evindən təqribən 30 metr, torpaq sahəsindən isə 3 metr aralı məsafədən keçir. Bütün bunların video-çəkilişini həyata keçirib, əldə olunn çəkilişləri aidiyyəti qurumlara təqdim etmişəm. Bu yöndə atdığım addımların varlığına baxmayaraq, yenə də imtina cavabı verdilər.

     Hal-hazırda ərizə təqdim etdiyim vaxtdan 100 gün keçir. Tovuz “Asan Xidmət” mərkəzinə dəfələrlə müraciət etsəm də, imtina məktubunu mənə vermirlər, yaxud da vermək istəmirlər və hər dəfə müxtəlif bəhanələr uydururlar.  “Azərişıq” ASC-nin “RÜŞVƏT”-lə  işləməsini təsdiq edən bir faktı hər kəsin nəzərinizə çatdırıram. Bu çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi Oruc Qasım oğlu Əhmədovun şəxsi mülkiyyətindəddir.WhatsApp Image 2021 04 17 at 23.55.01

   Qeyd olunan torpaq sahəsində  qeyri-qanuni tikili inşa olunmuşdur və həmin tikiliyə heç bir sənəd tələb olunmadan, yəni  “RÜŞVƏT” hesabına “Azərişıq” ASC-nin və  “Azəriqaz” İB-nin əməkdaşlarının razılığı əsasında Abbasov Elfaq Bayram oğlunun adına sayğaclar quraşdırılmışdır. Bu gün aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, quraşdırılmış sayğacların hansı əsasla və kimlər tərəfindən quraşdırılması araşdırılsın və lazımi tədbir görülsün. Bu yöndə atılan addımdan sonra “Azərişıq” ASC-nin rəhbərliyinə sual ünvanlayıram. Necə olur ki, qanuni sənədləri olan, lazımi şərtlərə cavab verən yaşayış evinə sayğac quraşdırılmır, heç bir sənəd-sübutu olmayan “GECƏQONDU” tikiliyə heç bir sənəd tələb olunmadan sayğac quraşdırılır?

 

Vaqif ƏHMƏDOV,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.