Mütəxəssislər insan orqanizmi üçün olduqca xeyirli ərzaq tapıblar.
araz.az xəbər verir ki, Böyük Britaniyada Ekseter Universitetinin apardığı araşdırma göstərib ki, əgər çuğundurdan mütəmadi istifadə olunarsa, insan orqanizminə möcüzəvi təsir göstərir. Xüsusilə qan damarları və beynin daha yaxşı fəaliyyəti üçün çuğundur əvəzolunmaz məhsul adlandırılıb.
Mütəxəssilərin araşdırması göstərib ki, ağızdakı bakteriyalar çuğundurdakı nitratları azot oksidə çevirir, bu da qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Həmçinin bu məhsul fol turşusu, C vitamini, kalium və fosfor, B1, B2, B3 və B6 vitaminlərinin, mineral maddələrin, dəmir və yod mənbəyidir. Çuğundur antioksidantlarla da zəngindir, bu məhsulun müntəzəm istifadəsi dırnaqları, dərini və saçları sağlamlaşdırır. Tərkibində lifin miqdarı yüksək olduğu üçün çuğundur qəbizliyin qarşısını alır.
Xəzər
Cebhe.info
araz.az xəbər portalı.