Konyada 9 aylıq körpəsini boğduğu üçün sevgilisi Ümid Gökeri (34), 7 yerindən bıçaqlayaraq öldürən Azərbaycan vətəndaşı Aysel Eşmə (28), “qəsdən adam öldürmə” cinayətindən mühakimə olunur. Aysel müdafiə çıxışında oğlunun boğulduğunu iddia edərək Gökeri bıçaqladığını etiraf edib.
Hadisə keçən ilin dekabrında baş verib. Bir barda çalışan Aysel Eşmə, sənaye sahəsində bizneslə məşğul olan həyat yoldaşı M. E.dan (39) 2 il əvvəl boşanıb; ancaq birlikdə yaşamağa davam edib. Cütlüyün Əmir adını verdikləri oğulları dünyaya gəlib. Aysel hadisədən təxminən 2 ay əvvəl M.E.-ni tərk edib, Ümid Gökerlə yaşamağa başlayıb. O, hadisədən bir gün əvvəl boşandığı ərindən olan 9 aylıq oğlu Əmiri, birlikdə yaşadığı sevgilisi Gökerə buraxaraq çalışdığı bara gedib. Göker də gecə saatlarında Əmirin divandan düşdüyünü iddia edərək xəstəxanaya aparıb. Müalicəyə alınan körpə, həyati təhlükəsi davam etdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər körpənin vəziyyətindən şübhələnib və xəstəxana polisinə xəbər verdikdən sonra Ümid Göker, nəzarətə alınıb. Polis mərkəzindəki sorğusundan sonra ədliyyəyə sövq edilən Göker, ədli idarə qərarıyla sərbəst buraxılıb.
Aysel keçmiş həyat yoldaşı M. E. ilə birlikdə hadisə günü polis mərkəzinə gedərək Ümid Gökerin vəziyyəti haqqında məlumat alıb. Sonra da oğlunu görmək məqsədilə xəstəxanaya getmək üçün yola çıxıb. Bu zaman Göker, Ayseli telefonla axtarıb. Danışıqlardan sonra Ümid Göker, avtomobillə ikilinin yanına gəlib. Danışmaq üçün avtomobildən enən Göker ilə Eşmə arasında mübahisə yaranıb. Aysel uşağının niyə bu hala düşdüyünü soruşub. Sevgilisi isə körpənin nəfəssiz qaldığını söyləyib. Bu zaman Aysel özü ilə gətirdiyi bıçaqla Gökeri 7 yerindən bıçaqlayaraq ağır yaralayıb. Təcili yardımla xəstəxanaya çatdırılan Ümid Göker bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Hadisə yerində polis tərəfindən nəzarətə alınan Aysel tibbi müayinədən keçirilib. O, jurnalistlərin “Nə üçün öldürdünüz” sualına gözyaşları içərisində, ‘’Uşağımı ədyalla boğub. Həkimlər nəfəssiz qaldığını, beyninə oksigen getmədiyini söylədi. Onun üçün etdim. Peşmanam” deyib. Aysel məhkəmədə həbs olunub.
“Qəsdən adam öldürmə” cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasıyla mühakimə olunmağa başlanan Ayselin ifadəsi alınıb. Sevgilisi Ümid Gökerə, oğlunun niyə bu vəziyyətə gəldiyini soruşduğunu ifadə edən Eşmə, ‘’Mən Ümidə uşağımın necə yaralandığını soruşdum. Əvvəl kreslodan düşdüyünü, daha sonra ədyalda yatarkən olduğunu söylədi. Həkim uşağın yıxılmaqla bu hala gəlmədiyini, uşağın nəfəssiz qaldığını söylədi. Sabahısı gün polis mərkəzinə getdiyim zaman Ümidin sərbəst qaldığını öyrəndim” deyib.
Ümid Gökeri axtardığını ifadə edən Aysel, “Uşağımın necə olduğunu öyrənmək üçün Ümidi axtardım. Qorxutmaq məqsədi ilə evdən bıçaq götürdüm. Keçmiş həyat yoldaşımla xəstəxanaya gedərkən Ümid avtomobillə gəldi. Yenə uşağa nə olduğunu soruşdum. O da, “Uşağın ədyalın arasında nəfəs ala bilmədiyindən boğulub, bu hala gəldi” dedi. Bu zaman nə etdiyimi bilmədim, bıçaqla vurmuşam. Həm bıçaqla vururdum, həm də uşağıma nə olduğunu soruşurdum. Cavabını ala bilmirdim. Daha sonra keçmiş ərim mənə xaricə qaçmağı söylədi. Qəbul etmədim. Mən evdən kiçik bir bıçaq götürdüyüm zaman keçmiş ərim daha böyük bir bıçaq götürməyimi söylədi. Daha sonra keçmiş həbsxanaya məni görməyə gəldi “Mənim adımı versən, uşaqları bir daha görə bilməzsən” deyərək təhdid etdi’’ deyə danışır.
Prosesdə şahid kimi ifadə verən şübhəli M. E. isə “Hadisədən saat yarım əvvəl Ayseli pis davranışları olduğu üçün psixiatra apardım. Ancaq Ayselin öz həkimi olmadığı üçün başqa bir həkim baxdı. Həkim, “Ayselin təcili müalicə alması lazımdır” dedi; ancaq Aysel müalicəni qəbul etmədi. Evə getdiyimiz zaman mən ona açarı verdim, o içəri girdi. Bu səbəblə onun evdən bıçaq götürdüyünü görmədim” deyib.
Proses şübhəli və şahidlərin ifadələrindən sonra təxirə salınıb.
araz.az xəbər portalı.