1618846447 292

Kəndlilərlə sahibkar bir-birinin əleyhinə etiraz aksiyaları keçirir

Lerik rayonunun Peştətük kənd sakinləri onlara aid pay torpaqlarında aqrobağ salındığını, beləcə torpaqlarının qanunsuz yolla mənimsəndiyini deyirlər. Kənd sakini Eldost Ağaverdiyev Meydan TV-yə bildirib ki, əvvəlcə kənddə istirahət mərkəzi tikilib, daha sonra isə onlara aid torpaqlar Dövlət Meşə Fondu tərəfindən istirahət mərkəzinin sahibinə icarəyə verilib:

“1997-1998-cı illərdə respublikada dövlət islahat komissiyaları torpaqları vətəndaşlar arasında bölüşdürəndə Peştətük kənd sakinlərinə F. Engels adına tərəvəzçilik, heyvandarlıq salxozunun ərazisində olan torpaqları verdilər. Prosedur qaydaları – püşkatma sənədləri, ilkin sənədləşmələr, İslahat Komissiyasının rəyləri, məktubları və başqa kağızlara bütün respublikada olduğu kimi əməl olundu.

Untitled_design_1_deKo7fB.width-1024

O vaxt dövlət akti verilən mərhələdə öyrəndik ki, bütövlükdə kəndimiz Dövlət Meşə Fondunun balansında olan torpaqlar imiş. Meşə torpaqları isə alğı-satqı predmeti ola bilməzdi deyə sənədlər o şəkildə qaldı. Torpağın təyinatının dəyişilməsi üçün o vaxt Nazirlər Kabinetinə müraciətlər olundu. Lakin bizə əhəmiyyət verən olmadı. Kəndlilərin hərəsi öz torpağını əkib-becərirdi deyə bugünkü yaranan fəsadlar heç kimin ağlına gəlməzdi. 2009-cu ildə kəndin ərazisində “Cənub” İstirahət Mərkəzi tikilməyə başlandı.

Bu istirahət mərkəzi heç kimin yaşamadığı torpaq ərazisində tikilirdi. Dövlət Meşə Fondundan bu istirahət mərkəzinə 1.3 hektar ərazi icarəyə verildi. Biz də fikirləşdik ki, nə yaxşı oldu, 3-5 kəndlimiz gedib orada işləyəcək, evinə pul aparacaq. 2015-ci ildə istirahət mərkəzi obyektin yanından keçən çayın digər tərəfindən 1 hektar ərazini də mənimsəməyə başladı. Çayın o biri tərəfi isə talalar idi. İlkin sənədləşmədə o torpaq kəndlilərə verilmişdi. Rayon icra hakimiyyətindən tutmuş, ən aşağı orqanlara qədər hamı bilir ki, bu torpaqlar pay torpaqlarıdır. Biz şikayət edəndən sonra məsələ bir az böyüdü. Həmin sahibkarın müqaviləsi ləğv edildi. Müqavilə ləğv olduqdan sonra da ara sakitləşdi. 2020-ci ildə isə həmin sahibkar bizim pay torpaqlarımızı 2 illik müqavilə ilə yenidən aldı”.

175861089_474791147168595_5264109036539010342.width-1024

Şikayətçinin sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 1 hektar tala ərazisinin ətrafından əlavə 5 hektar da aqrobağ salmaq adı ilə ələ keçirilib: “Biz də məhkəməyə müraciə etdik. Birinci məhkəmədə biz udduq, daha sonrakı məhkəmələri sahibkar əlində olan imkanlarla uddu. Təsəvvür edin, axşam bizə dedilər ki, sabah səhər Şirvan rayonunda məhkəməniz var. Bu yazıq lerikli bir gecədə məhkəməyə necə getsin? Aprelin 7-si getdik Prezident Adminstrasiyasının qabağına. Xeyri olmadı, hələ də sahibkar torpaqlarımızda tikintini davam etdirir. Aprelin 11-də yenidən 32 nəfərlə getdik Prezident Adminstrasiyasının qabağına. Ümid edirik, faydası olar”.

175383320_1200919116997084_842698689268977861.width-1024

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Meydan TV-yə bildirib ki, hazırda araşdırma aparılır: “Sözügedən pay torpaqlarında tikinti işlərinin getməsi ilə bağlı araşdırma aparılır. Kəndlilərin iddiası həqiqəti əks etdirərsə, qanunla müvafiq tədbirlər görüləcək”.

“Cənub” İstirahət Mərkəzinin müdiri Zərintac İsmayılova isə icra hakimiyyətindən narazıdır. O, kəndlilərin etirazını qərəzli hesab edir. Zərrintac İsmayılova, aprelin 14-də Lerik Rayon İcra Hakimiyyətinin önündə təkadamlıq aksiya keçirib. Sahibkar deyib ki, icra başçısı Rövşən Bağırov kəndliləri öyrədərək onun üstünə salır: “Bu təzyiq illərdir davam edir. Son bir həftədir ki, başladığım tikintidən sonra mənə maddi və mənəvi ziyan vurulub”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/vTEzYbO4Oz8’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Lerik rayon İcra Hakimiyyətindən Meydan TV-nin suallarını cavablandırmayıblar.

Kənd sakinlərinin iddialarına görə, “Cənub” İstirahət Mərkəzinin sahibi Allahşükür Paşazadənin qudasıdır.

 

 

araz.az xəbər portalı

araz.az xəbər portalı.