Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olduğu bildirilən “Arizarum Qrup” MMC-nin ötən il üçün əldə etdiyi gəlirlər açıqlanıb.
Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” MMC ötən il 14 milyon rubl (184,2 min dollar) gəlir əldə edib. “Arizarum Qrup” MMC-nin xalis mənfəti isə 9,7 milyon rubl (127,6 min dollar) olub. 2019-cu illə müqayisədə Zemfira Əsədovaya məxsus şirkətin mənfəəti 42 min rubl (553 dollar) artıb.
Məlumat üçün bildirək ki, “Arizarum Qrup” MMC 14.01.1998-ci ildən fəaliyyət göstərir. Hüququ ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin sahibi Əsədova Zemfira Adil qızı, direktoru isə Nazarova Larisa Aleksandrovnadır.
Nizamnamə kapitalı 10 min rubl (133 dollar) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, bir-neçə il əvvəl mətbuatda “Arizarum Qrup” MMC sahibi olan Əsədova Zemfira Adil qızının Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızı ilə eyni şəxs olduğu barədə məlumatlar yer alıb. Bu məlumatlar Oqtay Əsədov və həyat yoldaşı tərəfindən təkzib olunmayıb.
araz.az xəbər portalı.