Qubad İbadoglu yeni

Azərbaycandan iri yük maşını ilə keçən türkiyəli sürücünün tranzit haqqından gileyi yayılıb.

Novator.az-ın məlumatına görə, videonu paylaşan iqtisadçı Qubad İbadoğlu yazır: “Türkiyədən Orta Asiyaya yük daşıyan sürücülər Azərbaycan gömrüyünün onlardan 700-750 dollar tranzit haqqı almasından şikayətlənir. Sürücülər hesab edir ki, tranzit haqqı hər reys üçün qazanclarının yarısından çoxdur, ona görə Gürcüstandan Rusiyaya, oradan Qazaxıstana keçməyə məcbur qalırlar. Türkiyəli sürücülər Rusiya ərazisində 2000 kilometr yol qət edib rüsum ödəmir, amma Azərbaycan ərazisindəki 500 kilometr yola görə 500 dollar, bəzən 700-750 dollar tranzit haqqı ödədiklərini deyirlər.

Azərbaycanın tranzit haqqını yalnız Türkiyə nömrəli maşınlara tətbiq etdiyi bildirilir, Gürcüstan, Ukrayna, Rusiya nömrə nişanları olan avtomobillər vəsait ödəməkdən azaddır.

Əvvəllər türklər Orta Asiyaya əsasən İrandan gediblər. İndi isə İran yolu qapalıdır. Türkiyəli sürücülər Azərbaycandan tranzit haqqının ləğv edilməsini gözləyir. Əks təqdirdə onların Orta Asiyaya gedən yolları ən azı üç dəfə uzanır və bu yollarda onlar həftələrlə zaman itirirlər, çünki Rusiyaya keçid məntəqəsində uzun tıxaclar əmələ gəlir”.

araz.az

araz.az xəbər portalı.