susa xankendi

Bu günlərdə özünü jurnalist elan edənlərdən birinin Hərbi Prokuror Xanlar Vəliyevlə adi sözgəlişi dialoqunu jurnalist etikasından kənar bir şəkildə xəbər kimi yayması və ilk baxışdan jurnalist etikasına yaraşmayan iki kəlmə «salam, sağ ol»-a 7-8 min işarə məqalələr həsr edənlərə, qurumun fəaliyyətini Mətbuat Xidmətinin yaydığı məlumatdan öyrənmək tövsiyyə edilmişdi. Bu heç də cavabdan yayınmaq deyil, jurnalistə naşı olduğuna görə informasiya almağın yerini göstərmək idi. Anlamayan zat adəti üzrə hay-küy salmağa üstünlük verib.

Qurumun Mətbuat Xidməti dəfələrlə bu məlumatı yayıb: «İstər dövlətə xəyanət, istərsə də hər hansı hərbi qulluqçuya qarşı törədilmiş şəxsiyyət əleyhinə olan və ya digər cinayətlər ilə əlaqədar hərbi prokurorluqda istintaq olunan hər bir cinayət işi üzrə təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmiş bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş, həmin şəxslər barədə olan işlər aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilmiş və hər biri üzrə ittiham hökmləri çıxarılmış, həmin hökmlər qanuni qüvvəyə minmişdir. Sözü gedən hökmlərin əksəriyyəti üzrə apelyasiya və kasasiya məhkəmələrinin qərarları da vardır. Cinayət təqibini istisna edən və ya digər hüquqi məsuliyyət yaradan hallar olduqda isə müvafiq qanuni qərarlar qəbul edilmişdir. Hər bir cəmiyyətdə cinayət var, əsas odur ki, cinayət hadisəsinə və cinayət törətmiş şəxsin əməlinə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi qiymət verilsin. Hüququnun pozulduğunu hesab edən istənilən şəxs hər zaman müraciət edə bilər, Hərbi Prokurorluqda hər bir şəxsin müraciətinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır və bundan sonra da baxılacaqdır”.

Lakin bu gün ordu daxili baş vermiş hadisələr zamanı yanlış olaraq işğəncələrə məruz qalmış əsgər və zabitlərin də şikayət və müraciətləri Hərbi Prokurorluqda diqqətdən kənarda buraxılmadığını elə araşdırmalar zamanı gördük. Hüquqları pozulmuş hərbçilərin sonrakı mərhələdə tələbləri məhkəmə predmeti olduğunu da kimsə danmır. Amma bu sahədə öz reklamını qurmuş bəzi şəxslər yeni heç bir fakt əlavə etməsələr də bu olay qurbanlarının hisslərini manipulyasiya etdikləri günbəgün aydın görünməkdədir. Birinci yazıda dediyimiz kimi kiminsə haqlı olması, heç də haqsızın olmaması və kiminsə xain olmaması kimi yozula bilməz.

Bu gün internet televiziyaların, xüsusən də Azerfredom-un, 88-ci ildən qalma qaragüruhçu xislətiylə hər şeyə qara demək, hər kəsi şərəməklə əsil hədəfi gizləmək üçün haqlı insanların duyğularından istifadə olunur və hərbçilərimizə işgəncə verənlərlə eyni üslubda hər kəsi mənən linç etməyə çalışırlar. Mövcud faktlara, hətta məhkəmə qərarlarına məqsədli şəkildə kölgə salınması və bu işdə az qala Dövlətin özünün günahkar çıxarılmasına cəhdlər danılmazdır. Hamını hadisəyə onların yorumuyla baxmağa zorlamaq və daha çox adamları ləkələmək üçün istifadə etmək Qurban Məmmədovun hər kəs bildiyi bir taktikasıdır.

Beynəlxalq aləmdə Azərbaycanın imicini zədələmək cəhdi ortadadır. Kimsə bu işdə günahsızların və zərərçəkmişlərin olmasını danmır. Hər kəs zərərçəkmiş şəxslərlə bağlı Dövlətin tədbir görməsini istəyir və öz səngər, kazarma yoldaşına qarşı iyrənc işgəncə üsullarına yol verənlərin və sifarişçilərin layiqincə cəzalandırılmasını istəyir və edir. 19 nəfəri, məhz Hərbi Prokurorluq bu cür əməllərə görə həbs edib və mövcud qanunlara görə azadlıqdan mərhum edilməsinə nail olub. Bir daha bildiririk ki, bütün bunlar günahkarların olmaması anlamına gəlmir. Daha öncələr baş vermiş iki hadisə barədə məlumat verməyimizə səbəb, indi hər kəsin özünü «ağ qaşıq» hesab etməsidir.

Ən azı cinayəti bilib xəbər verməmək də, ört-basdır edilməsi də bir cinayətdir. Bəli, korpuslarda ciddi yoxlamalara və rus sızıntılarını üzə çıxarmağa ciddi ehtiyac var. Amma Ordu kiminsə dədəsinin bostanı deyil. Günahkarlar, ordu daxilində bu cür iyrənc işğəncələr və buna oxşar əməllər törədənlər cəzadan kənarda qalmamalıdırlar. Hər cür şəbəkələşmə və təxribatçı ehtimalları yoxlanmalıdır. Lakin bu cür ictimai müzakirələr yolverilməzdir. Buna bənzər olaylar bütün ordularda baş verir. Lakin heç kimsə bunu ictimai müzakirələrə çıxarmır. Rusiyada Zabaykal Hərbi Dairəsində Ramil Şamsuddinov (h/h 54160) ona qarşı edilən seksual zorakılığa etiraz olaraq 8 nəfər əsgər və zabiti güllələmişdi. Yaxud qardaş Türkiyədə yüzlərlə hərbçi həbs olunub, araşdırılaraq azad ediliblər. Yaxud da həbsdə saxlanılıblar. Lakin bu şəkildə sosial şəbəkələrdə müzakirələr aparılmayıb.

Özü də bu cür araşdırma aparanların heç biri həqiqətə can atmırlar. Az qala xalqı, ordunu ittiham edirlər. Məsələn, ən çox canfəşanlıq edən Qurban Məmmədovun məntiqiylə hərə özünə məxsus olanı sata, verə bilər. Amma unudur ki, bu «al-veri» öz yatağında edə bilər. Dövlətin əmanət etdiyi səngər bazar piştaxtası, nə də zihaf pərdəsinin arxası deyil.

Araşdırma zamanı Aprel döyüşləri öncəsi və sonrası bir neçə fakt diqqətimizi cəlb etdi. Qrup üzvləri məsləhətləşərək əldə olunan faktları şərhsiz olaraq diqqətinizə təqdim etmək qərarına gəldik:

FAKT I: Sadıkovun qohumlarından biri, Dərbənd Pedaqoji Kollecinin direktoru, generalın bacısının əri olan Şərəfutdin Seyidov 28 iyul 2016-cı il tarixində rüşvət almaqda şübhəli bilinərək tutulması barədə «Çernovik»-in yaydığı məlumatda ​​bildirilirdi.

Müstəntiqlərin dediyinə görə, kollec müdiri kimi, kollecə daxil olmaq «məsələsinin müsbət həlli» üçün Rutul rayon sakinindən 160 min rubl alan zaman tutulmuşdu. Amma qısa bir vaxtdan sonra, yəni iyun 2017-ci ildə müəmmalı surətdə həbsdən azad edilmişdi.

FAKT II. Bu fakta diqqət yetirin və yəqin ki, oralarda Avropadadır, tapıb onu da danışdırın. Əməlli başlı reytinq gətirər. Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bildirilir ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır. 17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.

Hüseynzadə Elnur Elman oğlu

Həmçinin bildiririk ki, Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş, mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir”.

Qeyd edək ki, 2017-ci ildə qoşunların təmas xəttini keçərək işğalçılara əsir düşən Elnur Elman oğlu Hüseynzadə 2 ildən sonra sərbəst buraxılıb. Erməni tərəfi bildirir ki, azərbaycanlı əsir hələ fevralın 2-də həbsdən azad olunub. O, Azərbaycana dönmək istəmədiyi üçün üçüncü ölkəyə təhvil verilib.

Xatırladaq ki, o, 2017-ci ildə Tərtərin Talış kəndi istiqamətində düşmən əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu».

Amma «qaragüruhçular» ciddi-cəhdlə düşmən tərəfə keçmənin mümkün olmadığını yazır və deyirlər.

FAKT III. Ağcabədi rayonunda qulluq etdiyi N saylı hərbi hissədə olarkən ön xətti yoxlamaq qərarına gəlib. Həmin vaxt görüb ki, bir gizirlə Müddətdən Artıq Xidmət Edən hərbi qulluqçu ermənilərlə görüşür. O, qarşısına məqsəd qoyaraq onları zərərsizləşdirmək qərarına gəlir, amma həmin vaxt ifşa olunduğunu hiss edən gizir tərəfindən atəş açılaraq güllələnir.

Arzuman Qasımov

Kəşfiyyatçı Arzuman Qasımovun meyidi hadisə yerindən neytral əraziyə aparılıb atılır. Hərbi rəhbərliyə isə o itkin düşmüş kimi məruzə edilir. Bir neçə gün sonra kəşfiyyatçı dəstə onun nəşini neytral ərazidən tapıb gətirərək ekspertizayaya təhvil verirlər. Ekspert müayinəsindən sonra müəyyən olur ki, hərbiçi yaxın məsafədən açılan atəş nəticəsində həlak olub. İstintaqa şübhəli bilinən 2 nəfər şəxs törətmiş olduqları cinayətləri etiraf edirlər və ardınca Ağcabədi-Ağdam istiqamətində erməni xüsusi xidmət orqanları ilə əlbir olan cinayətkar şəbəkənin digər üzvləri aşkar olunaraq həbs edilir.

Şəhid Arzuman Qasımov 23.11.2016-cı ildə qətlə yetirilib.

Yaxud da 7 iyun 2011-ci ildə həbs edilmiş Azərbaycan hərbçiləri Emin Rəhimov və Toğrul Bağırov ömürlük həbs cəzasına məhkum ediliblər, Yusif Yusifov isə 15 il azadlıqdan məhrum edilmişdi. Onlar 28 nəfər əsgəri müntəzəm olaraq zorlamaqda və onların cinayətlərini araşdırmağa başlayan komandirlərin öldürülməsində ittiham olunurdular. Bu şəxslər taqım komandiri, leytenant Tağıyev və onun müavini gizir Əmrahovu qətlə yetirmişdilər.

Qeyd edək ki, 2011-ci il sentyabrın 6-da Azərbaycanda əsgərə təhqir və zorakalıq ittihamı üzrə onlara cəza verilib. Apellyasiya məhkəməsinin qərarı ilə adi Marhamat Hüseynova əvvəlki 2,5 il əvəzinə 9 aylıq həbs cəzası təyin edilib, kiçik çavuş Məlik Məmmədovun hökmü isə dəyişdirilməyib.

Yəni bu faktları keçmiş illərdən nümunə gətirərək hay-küylə belə problemin olmadığını deyənlərə əks arqument təqdim etməkdir.

2010-cu ilin avqust ayında Azərbaycan hərbçiləri Əli Əsgərov, Fərid Şirinov və Rasim Mehdiyev oxşar işlərdə əməkdaşları zorlama, zorakılıq və qeyri-qanuni münasibətlərlə ittiham olunublar. 2010-cu ilin aprelində Azərbaycan ordusunun kiçik çavuşu Arif Qurbanov mütəmadi olaraq həmkarlarını təcavüz etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib…

Yenilərinə inanmırsınız deyə köhnə sübutunu tapmış cinayətləri qeyd edirik. Ordunun içərisində bu şəbəkə var. Bəlkə də daha çox adamı cəlb etməklə kimlərsə bu şəbəkəni daldalamağa cəhd edib? Bu artıq özgə bir problemdi. Hərbçilərə cəza verməyə görə bu günədək 19 nəfəri, məhz Hərbi Prokurorluq orqanları müəyyən edərək müxtəlif müddətli cəzalara çatdırılmasına nail olub. Əgər sifarişçi Hərbi Prokurorluq idisə, niyə o zaman bu adamların həbs edilməsini təmin edib?

FAKT IV. Bəzi erməni saytları bu olaylardan sonra dezinformasiyalar yaymağa başladılar və hətta saxta arayışlar tərtib edib paylaşdılar.

Voskanapat.info adlı böhtançı bir sayt yazırdı: «Azərbaycanın silahlı qüvvələri olduqca maraqlı dəyişikliklər dövrünə qədəm qoydu. Son vaxtlar oradan gələn xəbərlər heyrətamizdir. Hər şey göstərir ki, Azərbaycan Müdafiə Naziri Zakir Həsənov rəqiblərinin mövqelərini zəiflədərək öz xəyallarına sərbəstlik verdi və silahlı qüvvələrdəki dəyişikliklərin həyata keçirilməsində fəal iştirak etməyə başladı. «Əsl» bir hərbi liderə yaraşan kimi, o, Azərbaycan əsgərlərinin istənilən istəyini diqqət mərkəzində saxlayır. Hətta bir-biriylə cütləşmək üçün təkan verir. Təsəvvür edin, bundan sonra homoseksual münasibətlər nazirin əmri ilə tənzimlənəcək?! Zakir Həsənovun əmri bizim ixtiyarımızdadır, budur (tam saxta bir bəlgə yayıb)»:

DEZİNFORMASİYA

Qeyd: Bu erməni saxtakarlığı nümunəsidir. Amma maraqlısı odur ki, orduda belə bir şəbəkə mövcud deyilsə, ermənilər baş verən proseslərə uyğunlaşdırılan bir çox faktları və məlumatları necə və hansı üsulla əldə edə bilirlər?

Yəni qısa bir vaxtda düşmən bu hadisələrdən xəbər tutması sizcə təsadüfdürmü? Qurban Məmmədovun burada, yəni Bakıda xəbəri olmayıb, amma Avropada yerləşən kimi xəbər tutub, həm də erməni saytları zabit və «əsgərlərimizin homoseksuallığı» bərədə alçaldıcı yazılar paylaşmaqda idilər. Buna təsadüf demək olarmı? 18 iyun 2017-ci ildə erməni saytlarını girin vərəqləyin. Düzünə qalsa, heç biz də jurnalist kimi məlumat ala bilmirdik.

Çoxları qorxulu röyalar uydurub, Hərbi Prokurorluq haqqında mif yaratmağa girişib. İndiyədək yönləndirici suallarla və təhriklərə baxmayaraq adı çəkilən qanunsuz işgəncələrdə Hərbi Prokurorluq əməkdaşlarının adlarını çəkən olmayıb.

Bəli, Hərbi Prokurorluqdan qorxurlar. Əyrilər, əsgər payına göz dikənlər, əsgəri incitmək üçün ruslardan qalma «dedovşinaya» cəhd edənlər, antimilli agentlər, fərariliyə meyl edənlər, düşmənlə əlaqəyə cəhd edənlər, günahsız insanlara cəza verənlər, xüsusən də xainlər bərk qorxurlar. Elə qorxsalar yaxşıdır.

Hərbi strukturları bilməyən araşdırmaçılar, heç olmasa Hərbi Prokurorluğa qədər neçə mərhələnin olduğunu bir öyrənin. Üstəlik də, bir daxili təhqiqat da yaradıblar. Ordu daxili bu olaylar bütün korpuslar üzrə araşdırılmalıdır, amma bu səlahiyyət hərbi prokurorluğa aid deyil.

Daha bir yeni hərbi «strateq» AG Partiya sədri Tural Abbaslı «Yeni Müsavat”a deyib ki, «Tərtər işi”nə görə hərbi prokuror Xanlar Vəliyevə cinayət işi başlanmalıdır. «Hazırda ”Tərtər işi» cəmiyyətdə çox müzakirə olunur. Aidiyyəti orqanlar isə bu məsələyə olduqca laqeyd yanaşırlar. Bu isə anlaşılan deyil. Ortada zabitlərimizin, gizirlərimizin, ordumuzun nümayəndələrinin istintaq müddətində dünyasını dəyişməsi ilə bağlı faktlar var. Sonradan həmin istintaqa cəlb edilən və dünyasını dəyişənlərə bəraət verilib. Bu, işdə qaranlıq məqamların olduğunu təsdiqləyir. İşdə işgəncə verən kimi mayor Fuad Ağayevin adı keçir, hansına ki, işgəncələrə görə 10 il həbs cəzası verilib. Bu adam məhkəmədə deyir ki, mənə əmr verilib, mən də işgəncə vermişəm. Əmri kim verib? Bu məsələ aydınlaşdırılmalıdır. Partiya olaraq tələbimiz budur ki, məsələ araşdırılsın. Bu işə görə ilk növbədə cavab verməli orqan hansıdır? Əlbəttə ki, Hərbi Prokurorluqdur, hərbi prokuror Xanlar Vəliyevdir».

Buna deyərlər ki, ay bərəkallah, qazanda bişənin nə olduğunu bilmədən, bir boşqab pay istəyir. Sual verib yanlış cavab verdiniz. Sualı bir də təkrar edirik: Ordudakı bu olaya görə cavabı kim verməlidir? Bax bu ağılla siyasətdə varam deyən, bu zavallının məntiqinə görə, ölkədə baş verən hər bir cinayətə və böhrana görə siyasətçi olduğuna görə Tural Abbaslı adlı birisi siyasətçi olduğu üçün mütləq cavabdehlik daşıyır və mütləq həbs olunmalıdır. Zalım oğlu, siz siyasətçisinizsə, biz o zaman arqonavtlarıq.

Yəqin ki, Xanlar Vəliyevin kimsənin müdafiəsinə ehtiyacı yoxdur. Amma faktsız və yalnız savadsız bir şəkildə bir şəxsin hədəf seçilməsinə bir daha öz münasibətimizi bildirdik. Amma bu Ordu, bu Vətən bizim hamımızındır. Onları şəxsi ambisiyalarınıza görə ayaqlar altına qoymaqdan çəkinin.

Belə xainləri «qəhrəman» elan edən əsilsizlər, kökündən bəri türk oğlu türk olan Xanlar Vəliyevin düşmən obrazını yaratmağa çalışırlar və belələrinə bir tövsiyəmiz var: «Ya xaçınızı gizləyin, ya da şalvarınızı yuxarı çəkin! Hər ikisi sizin kimliyinizdən xəbər verir».

Fedai.az-ın Araşdırma Qrupu.

araz.az xəbər portalı.