Newscenter.az.20.04.2021. Tərtər hadisələri 2017-də gündəmə gəldi-keçdi. Söhbət xeyli sayda hərbçinin “dövlətə xəyanət” ittihamı ilə həbsi, xeylisinə istintaq-əməliyyatın hətta, ölüm nəticəli zorakılıq etməsindən, gedir.
İndi, bu məsələ yenidən vüsətlə alovlanan vaxt xeyli izləyicilər, oxucular, vətəndaşlarımız yazır, soruşurlar bu barədə obyektiv, dürüst fikirlərimi. Bilərək ki, bu məsələyə bir ixtisaslı hüquqşünas kriminalist və həkim-ekspert kimi aidiyyətliyəm.
Elə də, dərin araşdırmaya varmadan və bir sıra siyasilərin, araşdırmaçıların hansısa şəxsi-qrup və ya siyasi, ya ola bilsin, antiazərbaycan xarici dövlət və qüvvələrin marağından çıxış etmələri ehtimallı fikir, iddia və nəticələrini kənara qoyub ortada olan real danılmaz faktlarla bunu deyim.
Məsələ ciddidir, kökündə Konstitusiya, qanuna zidd cinayət xarakterli pozuntular, zərərçəkmiş hərbçi, vətəndaşlarımız var və xeylidir, vaxtında prosesin rəsmi istintaq və mühakiməsinin tam və düzgün aparılmasına müəyyən şübhələr var, yaranır. Görünür ki, bu proses böyüyə, yeni fakt və epizodlar üzə çıxa, dövlət və cəmiyyətə xeyli narahatlıq gətirə biər. Buna görə də, bu məsələ üzərinə dövlət və cəmiyyət tərəfdın yenidən bir daha baxılıb, araşdırılmaqla yeni qayıdılmalıdlr.
Ortadakı hansı real faktlar yaradır belə bir fikri?
1. İlk məhkəmədə üzə çıxması və məhkəmənin özünün də təsdiq etməsi ki, ordu-vətən-dövlətə xəyanət üzrə aparılmış, əməliyyat-istintaq xeyli prosessual pozuntularla gedib. Təqsirləndirilən hərbçilərə qarşı, bəzilərinin hətta xəsarəti, ölüm faktı ilə nəticələnın zorakı metodlardan istifadə edilmişdir. Hansı ki, hımin əməliyyat və istintaq aparanların bir qisminin günahı sübut olunaraq həbs və məhkum edilməsi ilə bu, təsdiq olunub.
2. Halbuki, ilkin məhkəmədə kobud prosessual faktların ortaya çıxdığı an proses saxlanmalı və bu zay hüquqi istehsal yenidən ibtidai istintaqa qaytarılmalı idi. Ancaq, kökündən xarab proses yenə davam etdirilib, “dövlətə xəyanət” ittihamlı mühakiməsi ilə xeyli hərbçi məhkum edilmişdir.
3.Yəni, ilkin məhkəmə özü aydın edir ki, istintaq əməliyyat prosesi zorakı üsullarla aparılıb və bu zay istintaq nəticəsi və ittihamına da uyğun, işə baxıb, hökm vermiş.Təəssüf ki yuxarı məhkəmə instansiyaları da, bu məsələni, nəzərə almamış.
3. Nə “vətənə xəyanət”, nə də ki “zorakı istintaq” üzrə aparılan hər iki məhkəmə, bu məsələlərdə adlar çəkilən ordu və prokurorluq yuxarı vəzifəli şəxslərinin məhkəməyə çağırılıb dindirilməsini təmin etməyib, həqiqətlərin aydınlaşması üçün. Halbu ki, faciə nəticəli əməliyyat-istintaqa görə cavabdeh vəzifəlilər:
– Respublikanın hərbi prokuroru Xanlar Vəliyev,
– Korpusun komandiri general Hikmət Həsənov.
– SQ Baş Qərargahın rəisi, Nəcməddin Sadıkov
– Sabiq Baş Prokurur Z. Qaralov, onun müavini,
– Bu işə aidiyyətli və adı keçən digər vəzifəlilər
məhkəməyə dəvət olunub sorgulanmalı idilər.
4. Bu gün, bu məsələlər üzrə, yeni şahidlərin və şübhəli, təqsirləndirilən şəxslərə qarşı zorakılıq və işgəncə, onların yaxınları, doğmalarına qarşı təhdid, pulla ələ almaqla mühakimə prosesinə mane olma iddiaları və epizodların üzə çıxması, məhkəmə proseslərinin dolğun, hərtərəfli, tam obyektiv, dürüst aparlmaması qənaətini yaradır.
5. Məsələyə, yenidən qayıdılma və baxılmasına əsas yarada bilən digər səbəblər, faktlar çoxdur. O cümlədən, şahidlərin iddialarına görə istintaq prosesində təqsirləndirilənlərə qarşı, heç Stalin repressiyasında belə görünməmiş, işgəncələrin əxlaqsız metodaları barədəki şahid iddiaları var.
Bütün bu cür hallar aparılmış əməliyyat-istintaq və mühakimə prosesinin prosessual pozuntulu və qeyri-qanuni olması qənaətini yaradır. Və bu da, həm vəzifə səlahiyyəti həddini aşıb işgəncə, ölümlər törətməklə təqsirli bilinmiş əməliyyatçı və istintaqçıların, həm də ki, dövlətə xəyanətdə suçlu bilinib məhkum edilmiş hərbçilərin işinin yenidən hüquqi araşdırılması ehtiyacını yaradır.
Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və başqa, əlaqədar səlahiyyətli orqanların bu məsələyə müdaxiləsi fikrimcə, mütləq vacibdir. Çünki, bu cür qanunsuz prosesin araşdırılması nəticəsi kimi, vəzifəli cavabdehlər Nəcməddin Sadıkov, Xanlar Vəliyev, Hikmət Həsənovun və digərlərinin nəinki inzibati, hətta, ağır cinayət məsuliyyətli hərəkət və hərəkətsizlik qanunsuz əməllərinin ortaya çıxması ehtimalı da az deyil.
Ona görə də.
Belə düşünürəm ki, Ordu kimi ciddi, müqəddəs qurumun ətrafındakı, ölkə miqyaslı belə ictimai narahatlıq yaradan ciddi məsələyə dövlətimizin başçısı cənab Ali Baş Komandan İlham Əliyevə müraciətə və onun müdaxiləsinə ehtiyac vardır.
Nədəndir, bu müdaxilə vacibliyi?
– Ali Baş Komandan olaraq, illərlə xüsusi diqqət ayırıb qaldırıb quraraq, Qarabağ torpaqlarımızın düşmən işğalından azadlığı üçün hazırladığı və rəhbəri olduğu orduya müəyyən zədə vurulmuş.
– Prezident olaraq tabeliyindəki, bir slra mərkəzi icra orqanlarının indiki və hadisələr baş verən o 2017 zamankı rəhbərliyinin məsələ ilə əlaqədar sorğulanmasının təmin olunma vacibliyi yaranır
– Dövlət başçısı olaraq bu məsələdə dövlətçiliyə dəymiş xələlin aradan qaldırılması və hüquqları pozulmuş vətəndaşların, xəsarət alan, öldürülən şəxslər və onların yaxın, doğmalarının vətəndaş hüquqlarının, haqqın-ədalətin bərpası, zərərlərin kompensasiyası kimi məsələlərə təminat üçün.
– Konstitusiyanın qarantı olaraq həm, “zorakı əməliyyat-istintaq”la bağlı, həm də “dövlətə xəyanət” ittihamları üzrə aparılmış mühakimə proseslərinin artıq Ali Məhkəmə instansiyasını keçməsi ilə əlaqədar, bu işlərə yenidən baxılma dövlətin 1-ci şəxsinin qərarı ilə mümkün olardı.
Bizdən isə, hörmətli cənab Prezidentdən xahiş etmək qalır ki, məsələyə xüsusilə diqqət ayırıb, əsil həqiqətin obyektiv ortaya çıxarılması, bütün günahlıların, kimliyindən asılı olmayaraq layiqli cəzasını alması və həm, günahslzların da, azad olunmasinı təmin etsin.
Xalq və cəmiyyətimiz, vətənərvər insanlarımız, mütəxəssislərimiz bu vacib ciddi dövlət, vətən əhəmiyyətli məsələdə öz dövlətinin yanındadır.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
araz.az xəbər portalı.