sepah

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Haqq ölüb.

araz.az xəbər verir ki, bu məlumat müxtəlif İran KİV-lərində və sosial şəbəkələrin İran seqmentində yerləşdirilib. Onun koronovirusdan öldüyü bildirilib.

Rəsmi mənbələr məlumatı hələlik təsdiqləməyib.

Qeyd edək ki, Əli Haqq Suriya və İraqda SEPAH-ın məxfi əməliyyatlarının aparılmasında iştirak edən əsas şəxslərdən biri sayılırdı.

Bundan 4 gün öncə SEPAH-ın Qüds briqadasının komandanının müavini general Məhəmməd Hicazi ürək tutmasından vəfat etmişdi. (axar.az)

araz.az xəbər portalı.