Beş gündür, ölkədə Mərkəzi Seçki Komissiyası yoxdur. Fasiləsiz işləməli olan dövlət orqanının səlahiyyətləri aprelin 15-də rəsmən başa çatıb, Məzahir Pənahov başda olmaqla, bütün üzvlər işsizlər sırasına daxil olublar. Bəlkə də bəziləri artıq pensiyaçı kimi qeydiyyatdan keçir.
araz.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Milli Məclisin növbəti, 23 aprel tarixli iclasının gündəliyində MSK-nın yeni tərkibinin seçilməsi məsələsi yoxdur: “Dövlət öz rəsmi orqanını mövcud qaydalara uyğun şəkildə formalaşdıra bilmirsə, bəlkə onu başqa qaydalarla qursun? ATƏT və Avropa Şurası bu sahədə faydalı məsləhətlərini dəfələrlə təklif edib. Xarici yardıma ehtiyacınız varsa, dəvət edin, köməkləşin, bəlkə bir şey alındı”.
GUNinfo.az
araz.az xəbər portalı.