Tərtər işi” məsələsi heç kimə fayda verəcək və irəli aparacaq məsələ deyil. Bunun üzərindən siyasət qurmaq da xoş deyil. Bu, elə bir mövzudur ki, uzandıqca, cəmiyyətin ruhu qırılır, orduya inamı, həvəsi və istəyi şübhə altına alınır”.
Bizim.Media xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə canlı yayımların birində “Tərtər işi” məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sözügedən cinayət işinə tezliklə son verilməlidir:
“Bildiyim qədər artıq 10-dan çox şəxs işgəncə vermə səbəbindən həbsdədir. Haqları pozulan insanların bəraətləri, haqları pozan şəxslərin isə cəzası sürətlənməlidir. Cəzaya layiq olan kimdir? Bunu məhkəmə müəyyən etməlidir.
Bu iş uzandıqca, ölkənin həm idarəetməsinə, həm də Orduya xüsusi olaraq zərbə vurulur. Bu mövzunun uzanmasına imkan vermək olmaz.” – deyə partiya sədri birldirib.
Alçina AMİLQIZI,
Bizim.Media
araz.az xəbər portalı.