isaqmbr

Milli Strateji Düşüncə Mərkəzi Rusiyanın Ukraynaya qarşı aqressiv işğalçı siyasətini və nəticədə bölgəmizdə durumun təhlükəli dərəcədə kəskinləşdiyini müzakirə edib.

araz.azın xəbərinə görə, bu barədə mərkəzin rəhbəri İsa Qəmbər məlumat verib.

Müzakirə iştirakçıları Ukrayna xalqına tam dəstək ifadə etməsini məmnuniyyətlə qeyd ediblər. Eyni zamanda, MSDM Azərbaycan hakimiyyətini müttəfiq Ukrayna dövlətinə tam dəstək verməyə çağırır. Belə bir mövqe, sadəcə, 44 günlük savaş müddətində Ukrayna hakimiyyətinin Azərbaycana dəstək ifadə etməsinin qarşılığı kimi deyil, həm də ilk növbədə Azərbaycanın maraqlarına və bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına xidmət edəcək. MSDM beynəlxalq birliyin, xüsusən ABŞ-ın, Türkiyənin və Avropa İttifaqının Ukraynaya ciddi dəstək verməsini yüksək qiymətləndirməklə yanaşı hesab edir ki, bu dəstək Rusiyanın Ukraynada yeni işğal əməliyyatının qarşısını almaqla məhdudlaşmamalı, həm də ilk növbədə Ukraynanın şərqinin işğalına son qoymaq və Krımı işğaldan azad etmək məqsədinə yönəlməlidir.

pravda.az

araz.az xəbər portalı.