Azərbaycan hökuməti bütün lazımi tədbirləri həyata keçirərək dünyadakı epidemiya prosesinə – XXI əsrin dəhşətli vəbasına qarşı mübarizə aparır. Qısa müddət ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli xəstəxana tikilib, yoluxmuş şəxslər üçün 40 mindən çox çarpayı yeri, virusun aşkar edilməsi üçün 42 laboratoriya yaradılıb.
Azərbaycanda hər gün 20 min test aparılır və pandemiyanın ilk günündən 2 milyon 400 mindən artıq insan yoxlamadan keçirilib. Azərbaycan epidemiyanın qarşısının alınması üçün müxtəlif vaksinlər idxal edir, hansı ki, dünya ölkələrinin böyük hissəsi bunu ala bilmir. Yəni hökumət aqressivcəsinə irəliləyən şərlə mübarizədə ağırlığın və məsuliyyətin bütün yükünü öz üzərinə götürüb.
Fəal mübarizə və müasir bəşəriyyətin əsas çağırışına müqavimət şəraitində, ölkənin bütün ictimaiyyəti, bütün təsisatlar birləşməli və ölkəni gözlənilən təhlükədən xilas etməlidirlər.
Lakin hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrindən virtualaz.org-un redaksiyasına daxil olan məlumata görə, sağlam düşüncənin və fikrin əksinə olaraq xəstəxanalarda bəzi həkimlər və inzibati işçilər öz fəaliyyətlərində sui-istifadə hallarına yol verirlər. Təsdiq edilmiş məlumata görə, bəzi xəstəxanalarda səhiyyə işçiləri xəstələrə hökumət tərəfindən alınan dərman preparatlarını satır, həmçinin xəstəxanalarda və xüsusi müəssisələrdə müalicə olunan yoluxmuş vətəndaşlardan müalicə üçün rüşvət alınır. Bəzi faktlar göstərir ki, inzibati əməkdaşlar təcili tibbi yardıma ehtiyacı olanları rüşvət müqabilində xəstəxanalarda yerləşdirirlər. Korrupsiya və rüşvətxorluq bu sahədə elə miqyas alıb ki, son iki ildə korrupsiyaya və dövlət aparatında mənfi hallara qarşı mübarizəni gücləndirən hüquq-mühafizə və xüsusi xidmət orqanları vətəndaşlardan gələn narahatedici məlumatları və şikayətləri ciddi nəzərə almağa başlayıblar.
Bildirilir ki, artıq vəziyyət hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altındadır.
Reyting.az
araz.az xəbər portalı.