Türkiyənin “Sabah” qəzetinin jurnalisti Bercan Tutar Rusiya prezidenti Valdimir Putinin Federal Məclisə müraciətini “yeni dünyanın manifesti” adlandırıb.
araz.az xəbər verir ki, jurnalistin fikrincə, ABŞ əvvəlki gücə malik deyil. Buna görə də Rusiyaya Ukrayna böhranı vasitəsilə təsir göstərməyə çalışır.
“Ancaq Putin güclüdür və artıq indidən ABŞ prezidenti Co Bayden üçün kabusa çevrilib”, – deyən Tutar Putinin Federal Məclisə müraciəti ilə Qərbə dərs keçdiyini vurğulayıb.
“Baki-Baku.az”
araz.az xəbər portalı.