“Vətəndaş Cəmiyyətində Debat” İB (DVC) tərəfindən, Qarabağ gəncləri üçün ilk dəfə keçirilən və yüksək marağa səbəb olan “De-Qayıdış” debat müsabiqəsi davam edir. DVC-dən araz.az-a daxil olan məlumata görə, mövzusu “Qarabağa qayıdış prosesinin həyata keçirilməsində əsas rolu dövlət, yoxsa cəmiyyət oynayır” olan müsabiqə çərçivəsində, Qarabağ gəncləri üçün 4 günlük debat və natiqlik təlimlərinin ardından mövzu görüşləri və təcrübəli debatçıların iştirakı ilə onlayn şou-debat keçirilib.
Müsabiqənin növbəti mərhələsində işğaldan azad olunmuş 11 regionumuzdan seçilən Qarabağ gəncləri 20 komanda olmaqla, debatlara hazırlıq məqsədilə praktiki görüşlərdə, davamında isə, onlayn debat turnirində iştirak edəcək.
Qeyd edək ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq və yerli platformalarda gənclərin təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərar vermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
Onu da qeyd edək ki, “De-Qayıdış” debat müsabiqəsinin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması və “Böyük Qayıdış” Gənclər Təşkilatıdır. Əlaqə yaratmaq üçün, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin PR şöbəsinin əməkdaşı Mənsurə Məhərrəmovaya məxsus 0558177436 telefon nömrəsini yığmaq kifayətdir.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.