1619170705 dron

Türkiyənin milli müdafiə sənayesi sürətlə inkişaf edir və özünün yeni-yeni elektron müharibə silahlarını yaradır.

araz.az xəbər verir ki, qardaş ölkənin hərbi-sənaye şirkətləri “Çərkəz” sürü dronları layihəsini başa çatdırmaq üzrədir.

Hava, quru və dəniz avtomobilləri ilə hərbi sənayedə yeni bir qapının açılması Türkiyənin yenilikçi texnologiya əsasında gələcəyini hazırladığı və milli silahlarla güc nisbətini tamamilə dəyişdiyi müşahidə olunur. Bu konteksdə Türkiyə üzərində işlədiyi yeni bir silah texnologiyası layihəsi ilə gələcəyi təmsil edir.

Xatırladaq ki, ilk dəfə pilotsuz uçuş aparatları (PUA) sürüsü layihəsi haqqında məlumat 2018-ci ildə açıqlanıb. İndi 100 günlük planda yer alan layihə üçün müdafiə sənayesi şirkətləri hərəkətə keçib və AR-GE fəaliyyəti nəticəsində “Çərkəz” layihəsi ortaya qoyulub.

Dünyada çox az ölkənin üzərində çalışdığı sürü dron texnologiyası ilə bağlı Türkiyənin təcrübə-test fəaliyyəti aramsız davam etdirilir. Eyni anda onlarla dronun havaya qalxaraq bir-birilə koordinasiyalı şəkildə əməliyyat aparmaq layihəsinin yaxın günlərdə Türk Silahlı Qüvvələrinin arsenalına daxil olacağı gözlənilir.

“Çərkəz” layihəsi “Kargu”, “Alpaqu”, “Toqan” kimi kamikadze dronlarına imza atan STM hərbi sənaye şirkəti tərəfindən həyata keçirilir. Prezident Ərdoğanın da böyük əhəmiyyət verdiyi bu layihə bəlli bir vəzifəni yerinə yetirmək üçün sürü dronların hərəkətini nəzərdə tutur.

Süni zəka ilə idarə olunan sürü dronların ən dəqiq xüsusiyyətlərindən biri GPS sistemi olmadan istiqamətlərini və hədəflərini asanlıqla müəyyən etməsidir.

“Çərkəz” layihəsi çərçivəsində yerli istehsal kimi inkişaf etdirilən dron sürülərinin yerləşməsi, müstəqil avtonom naviqasiya, xüsusi hədəftanıma, hədəflərin prioritetləşdirilməsi, sürü bölgüsü, görüntü əsaslı məsafənin ölçülməsi, missiyanın planlaşdırılması kimi qabiliyyətlərə malikdir.

Başqa sözlə, bu, Türkiyənin havada yeni bir ordu qurması deməkdir. Dünyada sadəcə, bir neçə dövlətin bu cür sürü dron sistemi qurmaq və istehsal etmək qabiliyyəti var. Türkiyə yaxın zamanlarda istifadəyə hazır olacaq layihə ilə gələcəyin ordusunu qurmaq istiqamətində əhəmiyyətli addım atacaq. Süni zəka və dərin öyrənmə texnikasına sahib olan dron sürüsü hətta öz əməliyyatlarını özləri həyata keçirəcəklər. Bombardman və hücum doktrinasını dəyişdirəcək bu layihə hazırda, eyni anda 20-dən artq dronun koordinasiyalı şəkildə əməliyyat keçirmək imkanına malikdir. Lakin bu texnologiyanın inkişafı sayəsində sürü dron sayı 100-ə çatdırılacaq.

Belə bir sistemin daha irəliyə gedəcəyinin siqnalını verən Müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib ki, gələcəkdə sürü texnologiyasının bütün pilotsuz sistemləri əhatə edəcəyini, onların koordinasiya saxlayaraq ağıllı sistem halına keçməsini gözləyir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/-wk6-RFdCo8’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

Reyting.az

araz.az xəbər portalı.