Ucar rayonu, Qazyan kənd sakini qazi atası Seyidov Sadiq Əhməd oğlu tərəfindən GundemXeber.Az-ın redaksiyasına şikayət ərizəsi daxil olub. Adi çəkilən bu şəxs yazdığı ərizəsində yazır: “Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət idarəsini ailə podratı üsulunda işlədir.Dövlətin ayırdığı vəsaitlər talan edilir, bu şəxsin şəxsi kapitalı aşıb-daşır. Nəticədə Ucar rayon torpaqları tam şoranlaşıb əkinə yararsız vəziyyətə düşür. Ucar rayon ərazisində şirə kanalları təmizlənmədiyi üçün yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün sovet dönəmində tətbiq edilmiş drenajlar çıxarılaraq satılıb.
Meliorasiya İdarəsinə məxsus bahalı böyük texnikalar şəxsi işlərə cəlb olunur, Həsən Qasımov pul qazanır. İdarənin texnikalarının bir neçəsi bu şəxsə məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb edilib. Həsən Qasımovun rayonda 3 yerdə böyük möhtəşəm evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahələri var. Həsən Qasımov bir neçə gün əvvəl öz bacısı oğlu Abılov Rəşad Roman oğlunu idarəyə baş mühasib vəzifəsinə təyin edib. Qardaşı Kazım isə sürücü vəzifəsinə işə düzəldib. Digər qohumlarının adları işdə gedir, onlar işə gəlmədən hər ay əmək haqqı alırlar. Ancaq rayonda Vətən müharibəsi qazilərinə və iştirakçılarına iş verilmir. Rayonun əkin torpaqlarını şoran ağuşuna alıb və şoranın yuyulması üçün, Ucar respublikada ən çox maddi vəsait ayrılan rayondur.
Buna görə də Həsən Qasımov zənginliyinə görə ən çox seçilən müdürdir. Həsən Qasımovun qanunsuz yolla zənginləşməsinin əksi olaraq çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar.Çünki, şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür. Bu Həsən Qasımovun fəlakətidir, əgər bunların qarşısı alınmasa o halda rayonun kənd tsərrüfatı tamamilə məhv olacaq. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir.
Gundemxeber.Az
araz.az xəbər portalı.