c1 12

 

NASA-nın Marsdakı kəşfiyyat cihazı “Perseverance” “qırmızı planet”in atmosferindən aldığı karbondioksidi oksigenə çevirə bilib.

araz.az CNN-ə istinadən xəbər verir ki, oksigen təminatını “Perseverance”ın sağ hissəsində yerləşən, MOXIE adlı cihaz həyata keçirib.

İlk olaraq bir kosmonavtın 10 dəqiqə nəfəs alması üçün bəs edəcək 5 qram oksigen istehsal olunub.

MOXIE mühəndisləri test və çalışmaları davam etdirərək oksigen əldə olunmasını artırmağı hədəfləyirlər.

Bu, Yerdən əhəmiyyətli dərəcədə oksigen daşımaq zərurətini aradan qaldıracaq.

araz.az xəbər portalı.