WhatsApp Image 2021 04 23 at 22.34.25

Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək. Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, indiyədək -də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı Mətbuat Şurasının info@presscouncil.azmetbuatshurasi@gmail.com elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.
Mətbuat Şurasından əlaqələndirici şəxs isə, Əvəz Rüstəmovdur. Onunla bu telefon nömrələri ilə əlaqə yaratmaq mümkündür: (012) 441 35 30; (050) 206 96 02.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.