Belarus prezidenti Aleksandr Lukaşenko prezidentin öldürüldüyü təqdirdə hakimiyyətin Təhlükəsizlik Şurasına verilməsi barədə fərman imzalayacağını açıqlayıb.
araz.az “Mediazona”-ya istinadla xəbər verir ki, dövlət başçısı bildirib:
“Sabah prezident yoxdursa, hər şeyin yaxşı olacağına zəmanət verirsiz? Yox. Buna görə də, belə vəziyyətdə yaxın günlərdə Belarusda hökumətin necə qurulacağına dair bir fərman imzalayacağam. Prezident öldürülərsə, səlahiyyət Təhlükəsizlik Şurasına veriləcək. Əgər sərhəddə hərəkətlilik varsa, dərhal hərbi vəziyyət, yaxud fövqəladə vəziyyət elan ediməlidir. Təhlükəsizlik Şurası qərar verməlidir”.
Lukaşenkonun sözlərinə görə, prezident olmadıqda baş nazir onun yerini tutacaq. Lakin bütün qərarlar gizli səsvermə yolu ilə veriləcək. Bu cür qərarlara nümunə olaraq, fövqəladə vəziyyət tətbiqi və prezident seçkilərinin təyin edilməsidir.
Belarusda Təhlükəsizlik Şurasının sədri Belarus prezidentidir.
Təhlükəsizlik Şurasının daimi üzvləri:
Baş nazir Roman Qolovçenko, Respublika Şurasının sədri Natalya Kaçanova, Nümayəndələr Palatasının sədri Vladimir Andreiçenko, Prezident Administrasiyasının rəhbəri İqor Sergeyenko, Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç, Daxili işlər naziri İvan Kubrakov, Müdafiə naziri Viktor Xrenin, “KQB” sədri İvan Terteldir.
araz.az xəbər portalı.