Belarus Prezidenti Aleksandr Lukaşenko səlahiyyətlərinin Təhlükəsizlik Şurasına təhvil verilməsi barədə fərman imzalayacağını açıqlayıb.
araz.az bildirir ki, bu barədə “Ria Novosti” xəbər yayıb.
Belarus lideri bu gün bəyan edib ki, fövqəladə vəziyyətdə ölkədə Təhlükəsizlik Şurası şəklində “kollektiv idarəçilik” tətbiq ediləcək və baş nazir ona rəhbərlik edəcək:
“O sədrlik edəcək, lakin bütün qərarlar gizli səsvermə yolu ilə qəbul ediləcək ki, təzyiq olmasın. Prezident seçkiləri təyin edildikdə, fövqəladə vəziyyətin tətbiq edilib edilməməsinə Təhlükəsizlik Şurasında qərar veriləcəkdir”.
Lukaşenko bildirib ki, o, belə bir fərman imzalamaq barədə çoxdan qərar qəbul edib.
Xatırladaq ki, ötən həftə sonu Belarus lideri ona və övladlarına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan etmişdi.
Lukaşenko bildirmişdi ki, qrupun üzvləri ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəlidir. Dövlət başçısı qeyd etmişdi ki, Belarusun xüsusi xidmət orqanları onun övladlarına qarşı sui-qəsdin qarşısını almağa müvəffəq olublar.
Bundan sonra Lukaşenko yaxın gələcəkdə ölkəyə rəhbərliyi dövründə əsas qərarlardan birini elan edəcəyini bildirmişdi. (moderator.az)
araz.az xəbər portalı.