“Baydenin 1915-ci il hadisələrilə bağlı bəyanatının heç bir hüquqi və tarixi əsası yoxdur, amma bu, Türkiyə-ABŞ münasibətlərini zəhərləyəcək xarakterdədir”.
araz.az-ın xəbərinə görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop özünün “twıtter” səhifəsində bunu yazıb.
TBMM sədri bildirib ki, siyasi hesablamaların məhsulu olan bu bəyanat da 1981-ci ildə Ronald Reyqanın səsləndirdiyi oxşar ifadə kimi Türkiyəyə heç bir zərər toxundurmayacaq.
“ABŞ ən kirli keçmişi olan ölkədir”, deyə M.Şəntop qeyd edib.
araz.az
araz.az xəbər portalı.