23b3e35d2a0b74d017a055360a231acc

 
Distant təhsilin uzunmüddətli davam etməsi imkanı gələcəklə bağlı proqnozları da dəyişdirib. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, texnoloji əsaslı təhsil sistemləri, onlayn dərslər və məsafənin yaxın gələcəkdə böyük və köklü dəyişikliklərə səbəb olacağı ehtimalı qaçılmazdır. Hətta mütəxəssislər gələcəyin təhsil quruluşu üçün 4 fərqli senari hazırlamaqdadırlar.
 
1. Rəsmi təhsil sistemini genişləndirərək, texnologiya sayəsində fərdi təhsil anlayışı ortaya çıxacaq və məktəb bir quruluş olaraq qalacaq.
2. Ənənəvi məktəb sistemini yıxaraq daha sosial bir quruluş formalaşacaq və təhsil fərdlərə veriləcək. Öyrənmə daha çevik, subyektiv və dəyişkən bir şəkildə təşkil ediləcək və texnologiya infrastrukturu üzərində qurulacaq.
3. Məktəblər bina olaraq qalacaq. Tədris yolu dəyişəcək və vətəndaş cəmiyyəti təhsilin bir hissəsinə çevriləcək.
4. Təhsil hər zaman və hər yerdə əlçatan olacaq. Rəsmi və qeyri-rəsmi tədris sistemləri qarışacaq və öyrənmək heç vaxt dayanmaz bir vəziyyətə dönəcək.
Təbii ki, bu gün istifadə olunan rəqəmsallaşdırma əslində yalnız bir təqdimat formasıdır, lakin texnologiyanın başqa nə yeniliklər yaradacağına dair bir məhdudiyyət yoxdur.
Mütəxəssislər hesab edir ki, təhsili yalnız oxumaq, yazmaq və hesablamaqla öyrənməkdənsə, düşünməyi inkişaf etdirmək, danışmaq və ünsiyyət qurmaq kimi əsaslandıran akademik tədqiqatların inkişaf etdirilməsinə ehtiyac var. Onlar qeyd edir ki, tələbələri kitab və dəftərlərlə öyrədə bilərsiniz, ancaq yaradıcılıqlarının üzərində işləyərək daha asan dərs tədris edə bilərsiniz. Bu da nəticədə onların daha qeyri-adi üstünlüklərinin ortaya çıxmasına imkan yarada bilər. Gələcəkdə təhsil sistemində məktəb tamamilə ləğv edilə bilər. Çünki süni zəka və internet üzərində qurulan rəqəmsal bir infrastruktur sayəsində bilik və öyrənmə yolu tamamilə dəyişir. Bacarıq və davranışlar isə ani hala gəlir.

araz.az xəbər portalı.