“Apple” avtomobilinin təqdimat tarixi açıqlanıb. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Wedbush” şirkətinin analitiki Deniel Ayvs “CNBC” və telekanalına müsahibədə bildirib.
Mütəxəssisin sözlərinə görə, ilk “Apple” avtomobili 2024-cü ildən tez buraxılmayacaq. Çünki şirkətə istehsalı sıfırdan qurmaq üçün vaxt lazımdır. Analitikin fikrincə, “Apple” yayda sürücüsüz elektromobil layihəsinin təqdimatını keçirərək avtomobil bazarına daxil olmasını bəyan edə bilər. “Apple Car” avtomobilinin anonsu yaxın üç-altı ay ərzində olacaq.
Qeyd edək ki,həmin avtomobillər sürücüsüz idarə olunacaq.
araz.az
araz.az xəbər portalı.