Azərbaycan Demokratiya və Rifah Hərəkatı ABŞ prezidenti Co Baydenin qondarma erməni “soyqırımı” ilə bağlı açıqlamasına etiraz bəyanatı yayıb.
araz.az–ın xəbərinə görə, bəyanatda deyilir:
“Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 24 aprel 2021-ci ildə ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasından, bununla da ermənilərin “kütləvi qırğın”ını tanımasından təəssüfləndiyini bildirir və 1915-ci il hadisələrinin tarixi təhrifini, onu populist məqsədlərlə siyasiləşdirmək cəhdini pisləyir.
ADR Hərəkatı hesab edir ki, müasir dünya ABŞ prezidentindən sülhə, barışa, əmin-amanlığa çağırışlar gözlədiyi bir dövrdə onun verdiyi bu açıqlama birlik və həmrəylik üçün zərərlidir. Uydurma “soyqırım”la tarixi saxtalaşdıranlar həmişə uduzub və bu dəfə də uduzmağa məhkumdurlar. Dünya birliyinin ən yaxın tariximizdə Qarabağda ermənilərin vəhşiliyinin şahidi olduğu bir dönəmdə ABŞ prezidenti Co Baydenin “soyqırım” ifadəsi işlətməsi,nəinki Türkiyə-ABŞ əlaqələrinə, eyni zamanda regional müstəvidə Dağlıq Qarabağ probleminin həlli istiqamətində də öz mənfi təsirini gücləndirmiş olacaq. Eyni zamanda, Rusiya özünün Qafqaz siyasətində Qərb demokratik dəyərlərinə qarşı münasibətində əlavə siyasi imkanlar əldə edəcək. Odur ki, ADR Hərəkatı ABŞ prezidenti Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı ifadə etdiyi mövqeyi qətiyyətlə pisləyir və bu məsələdə haqq mövqedə olan qardaş Türkiyə Cümhuriyyətinin yanında olduğunu bəyan edir”.
Sozcu.az
araz.az xəbər portalı.