9 illik fasilədən sonra ekranlara geri dönən türk musiqisinin əfsanə ismi İbrahim Tatlısəsin Allaha yalvarışları özünü də, sevənlərini də göz yaşlarına qərq edib.
araz.az Türkiyə mediasına istinadən xəbər verir ki, “StarTV” yayımlana “İbo Show” proqramının gedişində “İmperator” tamaşaçılara, pərəstişkarlarına kədərli anlar yaşadıb. Prroqramən növbət bölümündə İbrahim Tatlısəs göz yaşları içində Allaha üz tutaraq “Allahım, səsimi geri ver! Səsimi geri vermirsən, əyləşdiyim yeri geri ver! Sənin qarşında əyilərək rica edirəm. Dərdi sən verdin, dərmanını da Sən ver”deyərək yalvarıb. Proqramın qonağı olan tanlnmış ifaçı Zəkəriyya Ünlü isə “Abi, sən nələr etməmisən?!. Həmişə deyirəm, bu dünyaya bir İbrahim Tatalısəs gəidi, daha gəlməz!”, söyləyib.
Sherg.az
araz.az xəbər portalı.